"Beynəlxalq hüququn bizə imkan verdiyi bütün normalara uyğun olaraq, Ermənistan tərəfinin cəzalandırılmasına nail olacağıq"

"Beynəlxalq hüququn bizə imkan verdiyi bütün normalara uyğun olaraq, Ermənistan tərəfinin cəzalandırılmasına nail olacağıq"
GƏNCLİK
15:05 05.07.2017
2133
"Ötən gün Füzuli rayonunun Alxanlı kəndində Ermənistan tərəfindən mülki şəxslərə qarşı törədilən cinayət faktına "insani yol " carçıları adlandırılan beynəlxalq təşkilatların sərt təpkisini görmək nədənsə bu səfər də bizə nəsib olmadı. Beynəlxalq hüquq prinsiplərinin kobud şəkildə pozulduğu halda heç bir beynəlxalq təşkilat işğalçı Ermənistana qarşı sanksiyalar tətbiq etmir"
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə deyib. 
 
O deyib ki, bununla bağlı kampaniyaya start veriblər: "ATƏT-in Minsk Qrupunun həmsədrləri bütün hallarda Ermənistan tərəfinin qeyri-konstruktiv mövqe göstərməyinə baxmayaraq münaqişə tərəflərini dözümlülük nümayiş etdirməyə çağırması ədalətsizlikdən başqa məna kəsb etmir. Ermənistan tərəfindən atəşkəsin növbəti dəfə pozulması nəticəsində 2 yaşlı Quliyeva Zəhra və nənəsi Quliyeva Sahibənin həlak olması BMT-nin Uşaq Hüquqları Konvensiyasının uşaqların müdafiə və yaşamaq hüquqlarının aşkar və heç bir insanlığa sığmayaraq vəhşi şəkildə pozulmasıdır. Bununla əlaqədar olar təmsil etdiyim Gənclər üçün Təhsil Mərkəzi uşaq hüquqlarının qorunması üçün qurulan BMT-nin Uşaq Fondunun (UNİCEF) rəhbərliyinə baş verən cinayətlə bağlı münasibət bildirməsi üçün bəyanat yollamışdır. Həmçinin sözü gedən cinayətin dünya ictimaiyyətinə çatdırılması üçün tərəfimizdən "Twitter” şəbəkəsində kütləvi aksiyalar bu gündən etibarən həyata keçirilməkdədır. Bir sözlə, Azərbaycan tərəfinin ixtiyarında olan və beynəlxalq hüququn bizə imkan verdiyi bütün normalara uyğun olaraq, Ermənistan tərəfinin cəzalandırılmasına nail olacağıq. Müharibədə haqlı və zərərçəkmiş tərəf olaraq, beynəlxalq aktların və konvensiyaların işğalçılar tərəfindən pozulması faktlarını aşikarcasına hər qəbul olunan sənəddə görmək mümkündür.
 
Belə ki, torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal olunduğu halda, Helsinki Aktının 4-cü prinsipinin ("Dövlətlərin ərazi bütövlüyünün qorunması”), XX əsrin ən dəhşətli cinayəti olan Xocalı soyqırımının törədildiyi halda Aktın 2-ci prinsipinin ("Zor işlətməmək”), əzəli Azərbaycan torpaqlarını işğal edərək BMT-nin 4 qətnaməsini nəzərə almayaraq Aktın 5-ci prinsipinin ("Mübahisənin dinc yolla həll olunması”) və atəşkəs elan olunduğu halda belə separatçılarının ölkə ərazimizə daima silahlı basqın edərək Aktın 3-cü prinsipinin ("Sərhədlərin toxunulmazlığı”) pozulduğu bir halda beynəlxaql təşkilatların cinayətkar erməni rejimin dünya ictimaiyyətinə meydan oxumasını göstərir. Öz növbəmizdə hazırda əzəli torpaqlarından didərgin düşmüş şəxslərin hüquqlarının qorunması və təcavüzkar tərəfində beynəlxalq ictimaiyyət tərəfindən ifşa edilməsi istiqamətində, separatçı rejimin işğal altında olan Xankəndində beynəlxalq gənclər konfransının keçirilməsinə qarşı təzyiqlərimizi davam etdirəcəyik.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir