Beynəlxalq Kann kinofestivalında Azərbaycanın bayrağı

Beynəlxalq Kann kinofestivalında Azərbaycanın bayrağı
Bütün Xəbərlər
12:22 18.05.2012
1584
65-ci Beynəlxalq Kann kinofestivalında Azərbaycanın bayrağı dalğalanır. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, ikinci ildir festival şəhərciyinin mərkəzi xiyabanda yerləşən və “Azərbaycanfilm”in loqotipi ilə bəzədilmiş pavilyonda kinomuz, onun tarixi, bugünkü potensialı, birgə film istehsal etmək və xarici film istehsalçılarına xidmətlər göstərmək imkanları haqqında məlumatlar bildirən çap məhsulları və audiovizual materiallar təqdim olunub. Burada, həmçinin Azərbaycanın turizm imkanları geniş təmsil olunub. Festivalın açılışı günündə pavilyonda qurulmuş monitorda “Buta” bədii filmini seyr edən digər ölkələrin nümayəndələri və festival iştirakçıları filmin rejissoru İlqar Nəcəfə əsərinin milli folklora və ənənələrə söykənməklə yanaşı, Avropa tamaşaçılarının anlaya biləcək tərzdə çəkildiyini bildiriblər. Tamaşaçılara filmin son bir neçə ayda iki beynəlxalq kinofestivalın baş mükafatlarına layiq görülməsi haqqında məlumat verilib.
OXŞAR XƏBƏRLƏR