“Uşaqların və Gənclərin Sosial və Maliyyə Savadlılığının Artırılması” mövzusunda konfrans keçirildi

“Uşaqların və Gənclərin Sosial və Maliyyə Savadlılığının Artırılması” mövzusunda konfrans keçirildi
SOSİAL
09:34 26.11.2025
372
20 noyabr 2025-ci il tarixində "Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi və Aflatoun International təşkilatının birgə əməkdaşlığı ilə Azərbaycanda uşaqların sosial və maliyyə savadlılığı mövzusunda beynəlxalq konfrans keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, konfransın məqsədi gənclərin sosial-maliyyə biliklərinin artırılması istiqamətində beynəlxalq təcrübənin paylaşılması və ölkədə bu sahədə əməkdaşlığın genişləndirilməsi idi. Tədbirdə 8 ölkənin nümayəndələri, eləcə də 70-dən artıq ali və peşə təhsil müəssisələrinin təmsilçiləri iştirak etdi.

Konfransın təşkilinə dəstək göstərdiyinə görə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və "AZ Sığorta” şirkəti xüsusi qeyd olundu.

Açılış nitqində Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdir müavini Nəriman Qəhrəmanlı çıxış edərək, nazirliyin uşaq və gənclərin sosial və maliyyə savadlılığı sahəsində həyata keçirdiyi tədbirlər, Rəqəmsal resurslar hazırlayaraq şagirdlərin maliyyə bacarıqlarını inkişaf etdirməsi üçün açıq platformalarda yerləşdirilmə, məktəb kurikulumuna maliyyə savadlığı mövzularının daxil edilməsi, məktəblərdə sosial layihələr və maarifləndirmə barədə məlumat verdi. 

Ardınca Mərkəzi Bankının Maliyyə savadlılığı və peşəkar inkişaf şöbəsinin rəisi İlahə Baxışova əhalinin maliyyə savadlılığının artırılması istiqaməti üzrə Bankın strategiyası və prioritetləri, fəaliyyət planı, təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən cari və perspektivdə olan layihələr haqqında danışdı.

"AZ Sığorta” şirkətinin Direktorlar Şurasının sədri Viladi Maniyev çıxışında sığortanın cəmiyyətdə rolu, qarşılıqlı dəstək və sosial məsuliyyət kimi dəyərlərin əhəmiyyətinə diqqət çəkdi. və eləcə də maliyyə savadlığının hər bir insanın təhlükəsiz və dayanıqlı gələcək qurmasının əsas şərtlərindən biri olmasıdır. Sığorta yalnız məcburi prosedur deyil, həm də gözlənilməz risklər zamanı ailə büdcəsini qoruyan mühüm maliyyə alətidir.

Konfransın rəsmi açılışını "Ümidli Gələcək” təşkilatının icraçı direktoru Kəmalə Aşumova və Aflatoun International təşkilatının rəhbəri Roland Monasch birgə etdilər. Açılış nitqlərində təşkilatın 2011ci ildən etibarən Aflatun təşkilatının rəsmi üzv olması, proqram çərçivəsində Azərbaycanda həyata keçirilən və bu müddət ərzində uşaqların, gənclərin və pedaqoqların sosial və maliyyə biliklərinin inkişaf etdirilməsi istiqamətində əldə olunan nəticələr qeyd edildi. Bununla yanaşı, Roland Monasch Aflatoun proqramının artıq bir çox dövlətlərdə tətbiq edilməsi və əsas məqsədin uşaq və gənclər üçün üçün dayanıqlı maliyyə-təhsil modelinin qurulmasıdır. O, Azərbaycanda bu sahədə əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini vurğuladı.

Konfrans panel müzakirələrlə davam etdi. Aflatoun International Avropa Regional Koordinatorunun moderatorluğu ilə Türkiyə, Keniya, Efiopiya, İndoneziya, Jordan, Ukrayna və Qırğızıstan nümayəndələrinin təqdimatları keçirildi. Hər bir ölkənin sosial və maliyyə savadlılığı üzrə təhsil proqramları, dövlət əməkdaşlıqları və innovativ təcrübələri iştirakçılar tərəfindən maraqla dinlənildi.
Konfrans beynəlxalq əlaqələrin gücləndirilməsi, təhsil proqramlarının genişləndirilməsi və gələcək əməkdaşlıqların dərinləşdirilməsi barədə razılaşmalarla yekunlaşdı.

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Faciəli şəkildə ölən hərbçimizin FOTOSU
15:01 03.03.2026
Faciəli şəkildə ölən hərbçimizin FOTOSU
Nazir Yevlaxda vətəndəş qəbulu və sıra baxışı keçirəcək
14:58 03.03.2026
Nazir Yevlaxda vətəndəş qəbulu və sıra baxışı keçirəcək
“Bu, həm Suriya, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi”
14:56 03.03.2026
“Bu, həm Suriya, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi”
Azərbaycanda uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilir - İlahiyyatçıdan açıqlama
14:55 03.03.2026
Azərbaycanda uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilir - İlahiyyatçıdan açıqlama
İran - ABŞ müharibəsi Azərbaycana necə təsir edə bilər? - Politoloqdan açıqlama
14:48 03.03.2026
İran - ABŞ müharibəsi Azərbaycana necə təsir edə bilər? - Politoloqdan açıqlama
Prezident: Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik
14:47 03.03.2026
Prezident: Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik
Peskov: ABŞ və Ukrayna ilə Əbu-Dabidə danışıqların keçirilməsi çətinləşib
14:46 03.03.2026
Peskov: ABŞ və Ukrayna ilə Əbu-Dabidə danışıqların keçirilməsi çətinləşib
CNN Türk-ün jurnalistləri İsraildə saxlanıldı - Türkiyədən rəsmi açıqlama gəldi
14:45 03.03.2026
CNN Türk-ün jurnalistləri İsraildə saxlanıldı - Türkiyədən rəsmi açıqlama gəldi
Bu şəxslərin maaşı artırıldı - RƏSMİ
14:43 03.03.2026
Bu şəxslərin maaşı artırıldı - RƏSMİ
"Musiqimizi korlayan ifaçılar efirlərdə mədəniyyətimizi təbliğ edirlər" - Xalq artisti
14:41 03.03.2026
"Musiqimizi korlayan ifaçılar efirlərdə mədəniyyətimizi təbliğ edirlər" - Xalq artisti
“AniPay”in fəaliyyəti dayandırılır
14:41 03.03.2026
“AniPay”in fəaliyyəti dayandırılır
İran XİN: Nüvə müzakirələri ilə bağlı iddialar yalandır
14:37 03.03.2026
İran XİN: Nüvə müzakirələri ilə bağlı iddialar yalandır
Pakistan Prezidenti Taliban hökumətinə çağırış etdi: “Buna icazə verməyin”
14:28 03.03.2026
Pakistan Prezidenti Taliban hökumətinə çağırış etdi: “Buna icazə verməyin”
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
14:26 03.03.2026
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
Azərbaycanda tibb təhsili 5 ilə endiriləcək?
14:21 03.03.2026
Azərbaycanda tibb təhsili 5 ilə endiriləcək?
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
14:17 03.03.2026
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu