Beynəlxalq təşkilat bütün dünyanı Azərbaycanı qarşı kampaniyaya səslədi

Beynəlxalq təşkilat bütün dünyanı Azərbaycanı qarşı kampaniyaya səslədi
Bütün Xəbərlər
22:59 10.06.2015
1266

Mərkəzi ofisi Torontoda yerləşən Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsi (İFEX.www.ifex.org) – dünyanın bütün qütblərində yerləşən jurnalist təşkilatlarına və insan hüquqlarının müdafiəsi üzrə ixtisaslaşmış QHT-lərə müraciət edərək, onları I Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə qarşı Twitter kampaniyasına qoşulmağa çağırıb.

Təşkilat öz çağırışında təklif edib ki, bütün QHT-lər kampaniyaya 12 iyunda, Oyunların başladığı tarixdə, saat 15:00-da qoşulsun.

Təşkilat kampaniyaya qoşulanları aktiv olmağa, gün ərzində Azərbaycanla bağlı mənfi informasiyalar yerləşdirməyə çağırıb. Təşkilatın bu yönləndirməsindən sonra, mümkündür ki, dünyanın müxtəlif qütblərində yerləşən çoxsaylı QHT-lər əsl reallığı bilmədən, sadəcə İFEX-in təsiri ilə bu kampaniyaya qoşulsun və ölkəmiz haqqında mənfi informasiyalar yayılmasında rol alsın.

"Report" Azərbaycan jurnalistlərinə müraciət edərək, onları bu kampaniyaya qarşı aktiv fəaliyyət qurmağa, bu Hashtag-da Azərbaycan həqiqətləri barədə gərəkli informasiyalar yerləşdirməyə, səsimizin dünyaya çatdırılmasına yardım göstərməyə çağırır.

Məlumat üçün bildiririk ki, kampaniya I Avropa Oyunlarının rəsmi Twitter səhifəsində, #Baku2015 Hashtag-da aparılacaq.

OXŞAR XƏBƏRLƏR