Bəzi çaylarda sululuq artıb

Bəzi çaylarda sululuq artıb
SOSİAL
09:37 29.04.2025
180
Çaylarda müşahidə olunan faktiki hidroloji vəziyyət açıqlanıb.

Bu barədə AZXEBER.COM-a Milli Hidrometerologiya Xidmətindən bildirilib.

Məlumata görə, bəzi çaylarda sululuq artıb. Böyük Qafqaz ərazisindən axan Qarasuçay-Zərdabda 9 sm, Əyriçay-Ağyazıda 5 sm, Kiçik Qafqaz ərazisindən axan Gəncəçay-Zurnabadda 2 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay-Sifidorda 8 sm, Təngərüdçay-Vaqoda 6 sm artım qeydə alınıb.

Transsərhəd çaylarda Qanıx-Cəlayir məntəqəsində suyun səviyyəsi 2 sm artıb, su sərfi 160 m3/san olmaqla normanın 90%-ni təşkil edir.
OXŞAR XƏBƏRLƏR