‘Bəzi deputatlar Milli Məclisə gəlib 5 il ərzində o ‘kreslonu’ boş yerə tutmasınlar’ – Zahid Oruc

‘Bəzi deputatlar Milli Məclisə gəlib 5 il ərzində o ‘kreslonu’ boş yerə tutmasınlar’ –  Zahid Oruc
Bütün Xəbərlər
16:20 19.04.2014
1469

“Onlar arasında elələri var ki, heç bir müzakirədə iştirak etmir və yeni bir fikir orataya qoya bilmirlər”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc söyləyib. O ANS Televiziyasının ötən gün Milli Məclisin keçirilən sessiyası haqda verdiyi sujetdə deputatarın bir-birlərinin yerinə səs verməsi ilə bağlı öz mövqeyini bildirib:

“Milli Məclisdə Azərbaycan cəmiyyətini yaxından maraqlandıran və beynəlxalq məsələlərdə ölkəmizin mövqeyi ilə bağlı çox mühim məsələlər müzakirə olunur və səsverməyə qoyulur. Bizim cəmiyyət onu bilməlidir ki, 125 nəfərin bir yerdə olması və səsvermədə avtomatik iştirak etməsi Milli Məclisin fəaliyyətinə fayda qazandırmır. Yəni onların hamısının səsvermədə iştirak etməsi vacib deyil. Məsələn Fransa senatında qondarma Erməni soyqırımını 450 nəfərə əvəzinə 120 nəfərin səsvermədə iştirakı ilə qəbul edilmişdi. Onların çoxu da elektron formada öz səslərini göndərmişdilər. Mən istərdim ki, Azərbaycan cəmiyyətinin parlamentə baxışı da məhz bu formada olsun. Eyni zamanda bəzi deputatlar da Milli Məclisə gəlib 5 il ərzində o “kreslonu” boş yerə tutmasınlar. Onlar arasında elələri var ki, heç bir müzakirədə iştirak etmir və yeni bir fikir orataya ata bilmir. Deputatlarımız da tutduqları postu yaxşı bilməli və müəyyən müzakirələrə qoşulmalıdırlar. Belə olan təqdirdə biz Milli Məclisdən başqa şeylər gözləyə biləcəyik”.

Xatırladaq ki, ANS Televiziyası Milli Məclisin ötən günkü sessiyası haqda ifşaedici süjet hazırlamışdı. Sujetdə Milli Məclisin operatoru Akif adlı şəxsin bir neçə deputatın yerinə səs verdiyi öz əksini tapıb. Bununla yanaşı bəzi deputatlarda öz həmkarlarının yerinə səs verərkən görüntülənib.

Həmin sujeti bir daha təqdim edirik:

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR