Bəzi ərazilərdə su kəsiləcək

Bəzi ərazilərdə su kəsiləcək
SOSİAL
22:23 20.08.2025
409
Sumqayıt şəhərinin bir hissəsini içməli su ilə təmin edən magistral su kəmərində aparılan təmir-tikinti işləri ilə əlaqədar su təchizatında məhdudiyyətlər olacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə Sumqayıt Sukanal İdarəsindən məlumat verilib.

Bildirilib ki, avqustun 20-də saat 21:00-dan etibarən, 21 avqust səhər saatlarına qədər H.Z.Tağıyev qəsəbəsi (K.Kərimov küçəsi) və Sumqayıt yaşayış massivinə içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

Aidiyyəti qurumlar vətəndaşlardan anlayışlı olmalarını xahiş ediblər.
OXŞAR XƏBƏRLƏR