Bəzi gürcü telekanalları Azərbaycan peykinə keçir

İQTİSADİYYAT
17:20 26.02.2014
1446
Hazırda Azərbaycan peyki vasitəsilə "Obieqtivi TV", "2 TV", "Comedy Arkhi" və digər telekanallarının test yayımı aparılır
Bir sıra gürcü telekanalları Azərbaycan peykinin resurslarına keçəcək. ANS PRESS-in məlumatına görə, "Azerkosmos" Açıq Səhmdar Cəmiyyəti "Azerspace/Africasat-1a" Azərbaycanının telekommunikasiya peyki vasitəsilə Gürcüstan telekanallarının açıq formatda translyasiyasının test yayımına başlayıb.
Hal-hazırda Azərbaycan peyki vasitəsilə "Obieqtivi TV", "2 TV", "Comedy Arkhi", "Vip TV", "Trialeti", "TV 3", "GDS TV" və "Quality Channel" telekanallarının test yayımı aparılır.
"Azerspace/Africasat-1a" peyki vasitəsilə 80 bədəndən artıq radio və telekanal yayımlanır. Peyk 46 dərəcə şərq uzunluq dairəsində, orbital mövqedə yerləşdirilib.
Qeyd edək ki, Azərbaycanın ilk rabitə peyki, Amerikanın "Orbital Sciences Corporation" şirkəti tərəfindən inşa olunub. Azerspace-1 peyki orbitə 2013-ci il 7 fevral tarixində, Fransız Qvianasında (Cənubi Amerika) yerləşən Kuru kosmodromundan Fransanın Arianespace şirkəti tərəfindən Ariane-5 daşıyıcı raketi ilə buraxılıb. "Azerspace/Africasat-1a" xidmətinin zonasına Avropa, Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxildir.

OXŞAR XƏBƏRLƏR