“Bəzi jurnalistləri və deputat yoldaşlarımı... anlaya bilmirəm”

“Bəzi jurnalistləri və deputat yoldaşlarımı... anlaya bilmirəm”
Bütün Xəbərlər
16:16 07.01.2015
676
“Hamı yaxşı bilir ki, Müjde Ar türk sinemasında sənətiylə deyil, daha çox soyunmağıyla məhşurlaşan, 80-ci illərin naftalin qoxusu verən 100-cü dərəcəli aktrisalarından biridir”
AZXEBER.COM  xəbər verir ki, bu sözləri millət vəkili Etibar Hüseynov türkiyəli aktrisa Müjde Arın lazım gələrsə Azərbaycandan saxta diplom alacağı fikrinə münasibət bildirərkən deyib.
Millət vəkili bildirib ki, bu adam müsahibəsində tamamən zarafatca bir cümlə işlədib: “Amma bizim kifayət qədər ciddi və hörmətli bir çox jurnalist və deputat yoldaşlarımızın bu məsələyə bu qədər həssaslıq göstərib ciddi-ciddi münasibət bildirmələrini anlaya bilmirəm. Dostlar, hiss və həyəcanınızı anlayıram. Və hörmətlə yanaşıram. Amma Vallah və billah əgər bizim nəinki tanınmamış, hətta populyar bir sənət adamımız Türkiyə təhsili (və ya səhiyyəsi) barəsində o təxmində hər hansı bir fikir söyləsəydi türk mediası buna heç bir reaksiya verməzdi. Bu səviyyəli söhbətlərə hər hansı türkiyəli millət vəkilinin münasibət bildirməsini isə ümumiyyətlə təsəvvür belə edə bilmirəm”.
Günel
OXŞAR XƏBƏRLƏR