Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA

Bəzi rayonlara yağış yağıb - FAKTİKİ HAVA
SOSİAL
09:34 06.10.2026
147
Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağış yağıb.

AZXEBER.COM xəbər verir ki, bu, Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 6-sı saat 9:00-a olan məlumatında qeyd edilib.

Düşən yağıntının miqdarı Astarada 7, Cəlilabad, Lənkəran, Lerikdə 5, Salyan, Neftçalada 2, Biləsuvar, Quba, Sabirabad, Zərdab, Hacıqabul, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.
OXŞAR XƏBƏRLƏR