Bəzi şəxslər avtomobili pulsuz park edə biləcəklər

Bəzi şəxslər avtomobili pulsuz park edə biləcəklər
SOSİAL
14:25 14.12.2023
374
Bakı şəhərində parklanma xidməti ilə bağlı problemlər, narahatlıq doğuran məqamlar, müasir yanaşmalara uyğun gəlməyən nüanslar çoxdur.

Cari ilin iyun ayından "AzParking” xidmətinin işə başlamasına baxmayaraq, hələ də insanların bir çoxu pulsuz parklanma şərtləri, habelə bununla bağlı haraya müraciət edilməsi haqqında məlumatsızdır.

Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yalnız vətəndaşın qeydiyyatda olduğu ünvana yaxın 100 metr radiusda yerləşən parklanma ərazilərində avtomobillərin saxlanılmasını pulsuz edib. Lakin bu məsələdəki problemlərin bir çoxu hələ də həllini tapmayıb. Belə ki, faktiki yaşayış ünvanında yaşayan vətəndaşların bir çoxu parklanma xidmətindən istifadə edərkən tarifə uyğun olaraq pul ödəməli olur.

Xatırladaq ki, parklanma xidmətindən istifadə yalnız 15 dəqiqə ərzində pulsuzdur və parklanmanın bir saata görə ödəniş tarifi ərazilərə görə bölünür. Paytaxtın əsas bölgələrini özündə cəmləyən ərazilərdə parklanmanın bir saatı 1 manat civarında olsa da, II, III və IV ərazilərdə tariflər müvafiq olaraq 70, 40 və 30 qəpik arasında dəyişir.

Faktiki yaşayış yerində yaşayan şəxslərin parklanma problemləri ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) "1181” Çağrı Mərkəzindən Yenisabah.az-a verilən açıqlamada məsələnin həlli ilə bağlı test mərhələsinin həyata keçirildiyi bildirilib:
"Mövcud vəziyyətdə vətəndaş fərdi parklanma talonunu yalnız şəxsiyyət vəsiqəsindəki qeydiyyat ünvanına uyğun əldə edə bilər. Bunun səbəbi isə budur ki, vətəndaş fərdi parklanma talonuna şəxsiyyət vəsiqəsinin FİN kodu ilə müraciət edir və FİN kod mərkəzləşdirilmiş məlumat bazasına yerləşdirildikdə, əgər müraciət etdiyi ünvanla vəsiqədəki ünvan üst-üstə düşüb öz əksini tapmırsa, bu zaman vətəndaşın müraciətinə imtina gəlir.

Bir həftə bundan əvvəl biz test mərhələsi kimi həyata keçirdik ki, artıq vətəndaşın faktiki yaşayış ünvanına uyğun da parklanma talonu verilsin. Sadəcə, bu mərhələ özünü doğrultmadığı üçün bu prosesi dayandırmışıq. Ancaq gələcəkdə buna dair yeniliklər olacaq və vətəndaş faktiki, hətta müvəqqəti yaşayış ünvanına uyğun olaraq fərdi parklanma talonları alaraq ödənişsiz parklanmadan istifadə edə biləcək. Lakin mövcud vəziyyətdə yalnız qeydiyyat ünvanına uyğun verilir. Bununla bağlı proseslərin gələcəkdə nə zaman olacağı ilə bağlı rəsmi məlumat yoxdur.

Vətəndaşın fərdi parklanma talonu alması isə onun qeydiyyat ünvanına yaxın 100 metr radiusa uyğun hesablanır. Məsələn, vətəndaş Üzeyir Hacıbəyov küçəsində yaşayır və şəxsiyyət vəsiqəsinin FİN kodu ilə SMS müraciət edir. Əgər onun yaşadığı ünvanın 100 metr radiusunda məntəqələr varsa, onlardan bir neçə yer tam ödənişsiz şəkildə verilir ki, parklanmanı həyata keçirə bilsin”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
17:06 22.07.2026
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
16:58 22.07.2026
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
16:50 22.07.2026
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
Prezident Fərman imzaladı
16:28 22.07.2026
Prezident Fərman imzaladı
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
16:26 22.07.2026
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
15:50 22.07.2026
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Rüfət Əhmədzadə vəfat etdi
15:32 22.07.2026
Rüfət Əhmədzadə vəfat etdi
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
15:26 22.07.2026
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
15:12 22.07.2026
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
15:02 22.07.2026
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
14:58 22.07.2026
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
14:47 22.07.2026
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
14:46 22.07.2026
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
14:40 22.07.2026
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
14:35 22.07.2026
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
14:32 22.07.2026
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?