Bəzi xəstəxanalarda yeyinti faktı aşkar edildi

Bəzi xəstəxanalarda yeyinti faktı aşkar edildi
SAĞLAMLIQ
12:36 15.08.2018
3387
Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 2018-ci ilin birinci yarısında bir sıra xəstəxanalarda nöqsanlar aşkar edib.

Nazirlikdən Azxeber.com-a verilən məlumata görə, Azərbaycan Səhiyyə Nazirliyinin dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyələşdirilən klinik xəstəxanalarında aparılan nəzarət tədbirləri ilə mütəmadi olaraq mövcud olan vakant ştat vahidlərinə görə yaranmış vəsait hesabına mühasibatlıq tərəfindən faktiki olaraq işçilərin iş günlərinin artıq göstərilməsi və əməkhaqlarının əsassız olaraq artırılması nəticəsində artıq hesablanmış vəsaitin nəzarət obyektində əvvəllər işləmiş və sonradan tutduqları vəzifələrindən azad edilmiş, həmçinin hazırda işləyən işçilərin plastik kartlarına köçürülərək israf edildiyi, avtomobillərə aylıq yürüş həddindən artıq qət edilmiş məsafəyə görə yanacaq silindiyi, maddi-məsul şəxslərin öhdələrində dərman preparatları, reaktivlər və ərzaq məhsulları üzrə çatışmazlığa yol verildiyi, malların (iş və xidmətlərin) satınalma müsabiqələri keçirilmədən satın alındığı, bəzi hallarda özəl tibb müəssisələrinə verilən eritrasit kütlənin, təzə dondurulmuş plazmanın, trambosit kütlənin və yuyulmuş eritrosit kütlənin qablaşdırılması üçün istifadə edilən torbanın dəyərinin həmin müəssisələrdən alınmadığı, müalicə olunan xəstələrin "xəstəlik tarixçələri”ndə həkimlərin müvafiq qeydləri olmadığı halda dərman preparatlarının uçotdan silindiyi, klinikaların müvafiq kabinet və şöbələri təmir işləri ilə əlaqədar fəaliyyət göstərmədikləri halda həmin kabinet və şöbələrin işçilərinə zərərli iş şəraitinə görə vəzifə maaşının üçdə iki hissəsi qədər əlavə haqqın ödənildiyi müəyyən olunub.

Kliniki xəstəxanaların çoxunda müvafiq dövr üçün ştat cədvəlləri tərtib edilərkən əvvəlki dövrlərdə mövcud olan vakant ştat vahidlərinin sayı nəzərə alınmayıb və nəticədə bütün illərdə proqnozlaşdırılmış ştat vahidlərinin xeyli hissəsi vakant qalmış və bu hesaba əməkhaqqı fondunda istifadə edilmədən qalmış büdcə vəsaiti işçilərə əlavə haqq kimi bəzi hallarda əsaslı, bəzi hallarda isə əsassız olaraq ödənilib.

Səhiyyə Nazirliyinin mərkəzi rayon (şəhər) xəstəxanalarında aparılan nəzarət tədbirləri ilə malsatan təşkilatlara köçürülmüş xeyli məbləğdə vəsaitlərin müqabilində malların alınmasının rəsmiləşdirildiyi, lakin araşdırma zamanı həmin malların faktiki olaraq alınmadığı və alınmış kimi göstərilən malların saxta sənədlər tərtib etməklə uçotdan silindiyi, bayram günləri münasibətilə tədbirlərin keçirilməsi adı ilə fiziki şəxslərin hesablarına əsassız olaraq vəsait köçürüldüyü, müalicə edilən xəstələrə mövcüd normalardan artıq, habelə stasionar şöbələrdə müalicə olunan xəstələrin sayının şişirdilməsi hesabına əsassız olaraq ərzaq məhsullarının silindiyi, xəstəxanaların binaları təbii qazla isidildiyi halda əsassız olaraq həmin dövrdə isidilmə üçün xeyli məbləğdə dizel yanacağının da istifadə edilməsinin rəsmiləşdirildiyi, qüvvədə olan normalarda nəzərdə tutulduğundan artıq ştat vahidlərinin saxlanıldığı, təcili tibbi yardım maşınlarının yol vərəqələrində müxtəlif yaşayış məntəqələri arasında olan məsafələrin faktiki məsafədən çox göstərilməsi hesabına artıq yanacaq silindiyi, əməkhaqqının hesablanmasını tənzimləyən qaydaların tələblərinin pozulması hesabına xeyli məbləğdə əməkhaqqının artıq ödənildiyi, malların (iş və xidmətlərin) satın alınması zamanı müvafiq satınalma metodlarından istifadə edilmədiyi, bəzi hallarda isə fəaliyyətlərini rəsmi olaraq dayandırmış təşkilatların tenderlərdə iştiraklarının rəsmiləşdirildiyi, müvafiq ixtisas təhsili olmayan şəxslərin işə qəbul edildiyi və digər bu kimi nöqsanlara yol verildiyi aşkar edilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Neftçalada “Qırmızı kitab”a düşən ceyranı bişirib YEDİLƏR
15:52 26.07.2025
Neftçalada “Qırmızı kitab”a düşən ceyranı bişirib YEDİLƏR
Pezeşkian: İran Azərbaycan və digər qonşu ölkələrlə əlaqələri gücləndirəcək
15:41 26.07.2025
Pezeşkian: İran Azərbaycan və digər qonşu ölkələrlə əlaqələri gücləndirəcək
XİN Maldivin Müstəqillik Gününü təbrik edib
15:19 26.07.2025
XİN Maldivin Müstəqillik Gününü təbrik edib
Şuşada yanğın zamanı mina partlayışları oldu
15:16 26.07.2025
Şuşada yanğın zamanı mina partlayışları oldu
Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır
15:05 26.07.2025
Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır
Mətbuat Şurası “Ədalət” qəzetinin 35 illik yubileyini təbrik etdi
14:45 26.07.2025
Mətbuat Şurası “Ədalət” qəzetinin 35 illik yubileyini təbrik etdi
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
14:33 26.07.2025
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
“Biz Ermənistan cəmiyyətində yeni reallıqları sarsıtmaq tendensiyalarını görürük”
14:15 26.07.2025
“Biz Ermənistan cəmiyyətində yeni reallıqları sarsıtmaq tendensiyalarını görürük”
Prezidentin köməkçisindən Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyi ilə bağlı xəbərlərə MÜNASİBƏT
14:14 26.07.2025
Prezidentin köməkçisindən Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət edəcəyi ilə bağlı xəbərlərə MÜNASİBƏT
Qısamüddətli yağış yağış, yolları su basdı - VİDEO
14:04 26.07.2025
Qısamüddətli yağış yağış, yolları su basdı - VİDEO
"Minsk Qrupunun tarixdən silinməsini istəyirik" - Hikmət Hacıyev
13:58 26.07.2025
"Minsk Qrupunun tarixdən silinməsini istəyirik" - Hikmət Hacıyev
AFFA-nın mətbuat katibi dəyişdi
13:56 26.07.2025
AFFA-nın mətbuat katibi dəyişdi
"Bir də Bodruma getməyəcəyəm"
13:47 26.07.2025
"Bir də Bodruma getməyəcəyəm"
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
13:44 26.07.2025
Bəzi rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq
"Melissa Park"ın sakini evindəki çatlardan şikayətləndi: "Dedilər, yəqin özünüz sındırmısınız"
13:38 26.07.2025
"Melissa Park"ın sakini evindəki çatlardan şikayətləndi: "Dedilər, yəqin özünüz sındırmısınız"
"Azərbaycan Rusiyanı AZAL-ın təyyarəsinin vurulması işində məsuliyyəti öz üzərinə götürməyə çağırır"
13:33 26.07.2025
"Azərbaycan Rusiyanı AZAL-ın təyyarəsinin vurulması işində məsuliyyəti öz üzərinə götürməyə çağırır"