Bəzi yerlərdə çiskinli yağış yağacaq

Bəzi yerlərdə çiskinli yağış yağacaq
Bütün Xəbərlər
17:26 13.11.2014
770

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

AZXEBER.COM-un Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən verdiyi xəbərə görə, gecə bəzi yerlərdə çiskinli yağış yağacağı, səhər tədricən kəsiləcəyi, havanın gün ərzində əsasən yağmursuz keçəcəyi ehtimal olunur.Mülayim cənub küləyi gündüz arabir güclənəcək.Havanın temperaturunun gecə 8-11, gündüz 14-18 dərəcə isti olacağı gözlənilir.Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə və axşam 85-95, gündüz 60-70 faiz təşkil edəcək.Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, cənub rayonlarında isə az yağış yağacağı ehtimal olunur. Şərq küləyi əsəcək.
OXŞAR XƏBƏRLƏR