Biabırçı görüntüləri yayılan məktəbin adı açıqlandı: Şagirdlər polisə çağırıldı - VİDEO

Biabırçı görüntüləri yayılan məktəbin adı açıqlandı: Şagirdlər polisə çağırıldı - VİDEO
SOSİAL
14:31 26.01.2022
2978

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları valideyn və şagirdlərin izahatlarını alıb

AZXEBER.COM xəbər verir ki, 165 nömrəli tam orta məktəbdə baş verən hadisə araşdırlıb. Şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı məktəb rəhbərliyi tərəfindən araşdırma aparılıb, dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət verilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları valideyn və şagirdlərin izahatlarını alıb: "Üzrxahlıq edən şagirdlər bir daha belə hallara yol verməyəcəklərini bildiriblər. Şagirdlər müvafiq qaydada profilaktik tədbirlər görülməsi üçün qeydiyyata götürülüb”.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə yayımlanan görüntülər ciddi müzakirələrə səbəb olmuşdu.


OXŞAR XƏBƏRLƏR