‘Bıçaqla intihar edən əsgərin güllə ilə öldüyünü deməkdə nə marağımız ola bilər?’ – Rəsmi münasibət

‘Bıçaqla intihar edən əsgərin güllə ilə öldüyünü deməkdə nə marağımız ola bilər?’ –  Rəsmi münasibət
Bütün Xəbərlər
13:56 08.04.2013
1479

«Müdafiə Nazirliyi üçün hər əsgər ölümü itkidir. Hər əsgər ölümünə görə məsluliyyət daşıyan da, ittiham olunan da bizik. Bıçaqla intihar edən əsgərin güllə ilə öldüyünü deməkdə nə marağımız ola bilər?».

AZXEBER.COM-un məlumatına görə, bunu Azadlıq Radiosuna müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroglu bir neçə gün əvvəl intihar edən əsgər Elman İmanovla bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirərkən deyib. Ailəsi əsgərin qətlə yetirildiyini desə də, iddiaya münasibət bildirən nazirlik rəsmisi əsgər Elman İmanovun başqa biri tərəfindən vurulmasını yalanlayır: «Başqası tərəfindən vurulubsa bunu nə üçün gizlətməliyik? Valideyinlərin acısını başa düşürük. Ancaq əsgər ölümündən başqa məqsədlər üçün istifadə edənlərin və buna nəyin bahasına olursa-olsun don geyindirənlərin əməlləri başa düşülmür. Əsgərin ölmünü nazirlikdaxili təhqiqat idarəsi, hərbi tibbi ekspertiza, hərbi polis və nəhayət, prokurorluq araşdırır. Niyə yalan danışıb, məsuliyyət altına girməliyik? Heç bir dəlil-sübutu, ekspertiza rəyini öyrənmədən belə məlumat yaymaq olmaz».

OXŞAR XƏBƏRLƏR