Xəzər TV-nin bıçaqlanan aparıcısı Ağakərim Şamidzadənin vəziyyəti hal-hazırda normaldır
AZXEBER.COM gecce.az-a istinadən xəbər verir ki, bu gün telekanalın əməkdaşları Ağakərimi ziyarət etməyə gediblər.
Qeyd edək ki, teleaparıcı dünən axşam Bakının Yasamal rayonunda Ağakərim Şamidzadə yaşadığı evin qarşısında qonşusu tərəfindən bıçaqlanıb. Elvin Şirinov ona 3 bıçaq zərbəsi vurub. O, təcili olaraq Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

