Biləcəridə 14 yaşlı yeniyetmə beşbarmaqla döyüldü

Biləcəridə 14 yaşlı yeniyetmə beşbarmaqla döyüldü
KRİMİNAL
10:41 14.02.2021
723

Bakıda xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.

Hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsində qeydə alınıb.

2007-ci il təvəllüdlü Rəhimli Fərid Üzeyir oğlu qəsəbənin "Dəmiryol park” deyilən ərazisində tanımadığı şəxs tərəfindən beşbarmaqla döyülüb.

Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

///Report

OXŞAR XƏBƏRLƏR