Biləsuvar məktəbliləri gələcəklərini kodlaşdıracaq

Biləsuvar məktəbliləri gələcəklərini kodlaşdıracaq
GƏNCLİK
19:17 14.08.2018
6521

Avqustun 14-də bir qrup maarifçi gənclərin səyləri nəticəsində ərsəyə gələn "Gələcəyi kodlaşdır” (Code for Future)təşəbbüsünün ilk layihəsinə start verildi.

 

AZXEBER.COM xəbər verir ki, ilk olaraq Biləsuvar rayonu ərazisində məcburiköçkünlərüçün salınmışqəsəbələrdə yaşayan VII-IX sinif şagirdlərinin iştirak etdiyi layihədə məktəblilərə kodlaşdırmanın əsaslarını öyrənəcək, Scratch, HTML və Paython kimi proqramlaşdırma dilləri ilə yaxından tanış olacaqlar.

 

Ölkənin qabaqcıl tədris müəssisələrindən olan "Code Academy”nin dəstəyi ilə başladılan layihədə 6-15 sentyabr 2018-ci il tarixlərində əksəriyyəti qızlar olan seçilmiş 45 köçkün uşaqları üçün 10 günlük sürətləndirilmiş tədris düşərgəsinin (bootcamp) keçirilməsi planlaşdırılır.

 

"Code Academy”nin təcrübəli müəllimləriylə yerli İKT müəllimlərini bir araya gətirən layihənin hədəflərindən biri də köçkün məktəblərinin bu sahədə tədris potensialının gücləndirilməsidir.

 

Layihədə iştirak edəcək şagirdlər sentyabr ayın əvvəlində müsabiqə yolu ilə seçiləcək. Seçilmiş şagirdlərə "Code Academy”nin peşəkar təlimçiləri 10 gün ərzində intensiv kodlaşdırma öyrədəcəklər. Təlim zamanı fərqlənən iştirakçıların kompüter və mobil telefon kimi dəyərli hədiyyələr və "Code Academy”də təhsil almaq imkanı əldə edəcəklər.

 

Layihənin açılış mərasimində iştirak edən yerli icra hakimiyyəti orqanı nümayəndələri, müəllim və valideynlərə proqram barədə geniş məlumat verildi. "Gələcəyi kodlaşdır” komandasının rəhbəri Xalisə Şahverdi yerli məktəb şagirdlərini bu proqramda iştirak etməyə və gələcəyin ən önəmlı bacarıqlarından olan kodlaşdırmanı öyrənməyə səslədi.

"Gələcəyi kodlaşdır”proqramı Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi tərəfindən yerli icmaların inkişafı və inklüziv tərəqqinin artırılması məqsədilə dəstəklənir.

Məktəblilərə dəqiq elmləri öyrətməyi, yeni kəşflər etməyi və yeni dostluqlar qazandırmağı qarşısına məqsəd qoyan "Gələcəyi kodlaşdır” layihəsində iştirak pulsuzdur.

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir