Biləsuvarda 9 yaşlı qızı güllələyən dayısı oğlu imiş

Biləsuvarda 9 yaşlı qızı güllələyən dayısı oğlu imiş
SOSİAL
14:12 28.07.2017
1077
Biləsuvarda əlində silah açılan 7 yaşlı oğlan güllələdiyi qızın dayısı oğlu imiş.
 
Bədbəxt hadisə həyatını itirmiş qızcığazın evində baş verib.

Belə ki, bibisigilə qonaq gəlmiş 2010-cu il təvəllüdlü Gözəlov Bəxtiyar Rafiq oğlu evdə olan ov tüfəngi ilə oynamaq istəyərkən ehtiyatsızlıqdan atəş açılaraq bibisi qızı, 2008-ci il təvəllüdlü Qasımova Səbinə Elşən qızını öldürüb.

Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində cinayət işi qaldırılıb.
 
///virtualaz.org
OXŞAR XƏBƏRLƏR