Biləsuvarda avtomobillər toqquşub, xəsarət alanlar var

Biləsuvarda avtomobillər toqquşub, xəsarət alanlar var
HADİSƏ
10:27 08.11.2025
89
Biləsuvar rayonunda iki avtomobilin toqquşmaqsı nəticəsində xəsarət alanlar var.

AZXEBER.COM xəbər verir ki, hadisə rayonun Bəydili kəndi ərazisində qeydə alınıb.

Rayonun Xırmandalı kənd sakini, 1982-ci il təvəllüdlü Elməddin Şıxverdiyevin idarə etdiyi "Mercedes" markalı avtomobillə Bəydili kənd sakini, 1996-cı il təvəllüdlü Rəsul Mirəlinin idarə etdiyi "QAZ 24" markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində müxtəlif xəsarətlər alan hər iki sürücü Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Faktla bağlı araşdırma aparılır.
 
\"Report"
OXŞAR XƏBƏRLƏR