‘Biləsuvarda bir ildən sonra əsgərliyə gedən olmayacaq’ – II qrup Qarabağ əlilinin şikayəti (FOTOLAR)

‘Biləsuvarda bir ildən sonra əsgərliyə gedən olmayacaq’ –  II qrup Qarabağ əlilinin şikayəti (FOTOLAR)
Bütün Xəbərlər
11:16 13.03.2014
3215

Biləsuvar rayon Ovçubərə kəndsakini II qrup əlil , YAP-ın üzvü Ağayev İmanverdi Şahverdi oğlu AZXEBER.COM-un redaksiyasına göndərdiyi şikayət məktubunda Biləsuvar rayon xəstəxanasının baş həkimi Şamil Cəfərovun və 30 saylı Tibbi Sosial Ekspert Komissiyasınin (TSEK) sədri Xoşbəxt Ağayevanınonun bacısını saxta sənədlərlə əlillik pensiyası “düzəltmək” üçün 3 min manat aldığını deyib.

Məktubda şikayətçi TSEK rəhbərinin Biləsuvarda saxta yollarla əlillik pensiyası verdiyini və dövlətin əmlakını qeyri-qanuni formada mənimsədiyini bildirib:

“Məni bu şikayət ərizəsini yazmağa vadar edən səbəb Biləsuvar rayon xəstəxanasının baş həkimi Şamil Cəfərov və 30 saylı Tibbi Sosial Ekspert Komissiyasınin sədri Xoşbəxt Ağayevanın saxta rüşvətxor , qanunsuz əməlləridir. Şamil Cəfərov və Xoşbəxt Ağayeva hörmətli prezidentimizin rüşvətxorluğa qarşı verdiyi qərarlarını , tapşırıqlarını baş ayaq icra etməkdə davam edirlər. Mənim bacım Qiyasova Gülxas Şahverdi qızı 1957-ci il təvəllüdlüdür. Həyat yoldaşı 30 ildir ki, atıb Rusiya dövlətinə gedib, övladı yoxdur. Evdə tək yaşayır.

Xoşbəxt Ağayeva bacımın təhsilsiz və avam olduğundan istifadə edib sənə pensiya düzəldəcəm. Ayda 200 ( iki yüz )manat pensiya alacaqsan. 3000 ( üç min) manat pul düzəlt gətir , baş həkim Şamil Cəfərovla da söhbət edəcəm. 2012-ci ildə bacım Qiyasova Gülxasdan dələduzluq yolu ilə 3000 ( üç min ) alıb ona saxta sənəd veriblər. Deyib ki, denən altı ay xəstəxanada yatıb müalicə almışam. Sənədləri apar keçmiş TSEK-in sədri Mustafa İbadova ver. Tapşırmışam soruşsalar denən qıçlarım şişir , sol qolum quruyur, sinəm göynəyir. Təngənəfəs oluram. Bu sözləri öyrədib xəstəliyin ürək çatışmamazlığıdır.

Bacım savadsız olduğundan həmən sənədlərin surətini özündə saxlamayıb . Mən dəfələrlə xəstəxanaya getmişəm . Sənədin sürətini mənə verməyiblər. Fevral ayında xəstəxanaya getdim. XoşbəxtAğayevanın yerində işləyən Fatma doktor dedi ki, bizə tapşırıblar sənədin dublikatını verə bilmərik. Sonra həkim Vaqif Məlikova müraciət etdim. Ondan sənədin surətini istədim, o da vermək istəmədi. Dedim ki, nazirə teleqram vurmağa gedirəm. Ən nəhayət sənədin dublikatını Vaqif Məlikov mənə verdi”.

Onuda qeyd edim ki, Biləsuvar rayonunda əlillik dərəcəsi alanların 50- 60 faizi Şamil Cəfərovvə Xoşbəxt Ağayevanın saxta sənədləri əsasında alıblar. Mən belədüşünürəm ki, bunlar Biləsuvarda əksərgəncləri saxta sənədlə əlillik dərəcəsi verəcəklər. Biləsuvarda bir ilə hərbi xidmətə gedən və torpaqlarımızı qoruyan olmayacaq.

Biz vətəndaşlar hörmətli nazir Səlim Müslümovun prezidentin sərəncamı iləƏƏSM –i naziri təyin olunmasını və nazirin çıxışlarını eşitdik ki, hər şey şəffaf olmalıdır. Çox sevindik. Lakin Biləsuvarda Şamil Cəfərov və Xoşbəxt Ağayeva bu gün dəçirkin əməllərini davam etdirirlər.

Hörmətli prezident və dövlət rəsmiləri azərbaycan vətəndaşı olaraq sizdən xahiş edirəm 30 saylı TSEK- də bütün anketlər mənim iştirakımla yoxlanılsın. Mən bunların saxta sənədlərini üzə çıxarım.

Bir daha sizdən xahiş edirəm mənim bacımın halal və zəhmətlə qazandığı pulunun Şamil Cəfərov və Xoşbəxt Ağayeva tərəfindən ona qaytarılmasına köməklik edəsiniz.

Mövzuya yenidən qayıdacağıq...

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR