Biləsuvarda dəhşətli qətl: qardaşını öldürdü, bir nəfəri yaraladı

Biləsuvarda dəhşətli qətl: qardaşını öldürdü, bir nəfəri yaraladı
SOSİAL
10:18 01.02.2017
4443

 

Biləsuvarda silahlı insident zamanı iki nəfər güllələnib, onlardan biri ölüb.

Hadisə ötən gün axşam saatlarında rayonun Amankənd kəndi ərazisində qeydə alınıb. Həmin kəndin sakini, 1988-ci il təvəllüdlü Adil Alim oğlu Əliyev qardaşı tərəfindən odlu silahla qətlə yetirilib. Digər kənd sakini, 1992-ci il təvəllüdlü  Şahin Azər oğlu Əliyev isə baş nahiyəsindən yaralanıb.  Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

/// APA
OXŞAR XƏBƏRLƏR