Biləsuvarda dolu evləri dağıtdı

Biləsuvarda dolu evləri dağıtdı
Bütün Xəbərlər
20:00 30.05.2014
1311
Biləsuvar rayonu ərazisinə dolu yağıb.
Rayon sakinlərinin ANS PRESS-ə verdikləri məlumata görə, ötən gecə rayona yağan dolu ciddi fəsadlar yaradıb. Sakinlər bildiriblər ki, rayonun mərkəzinə və Tunarlı kəndinə 5-7 santımetr böyüklüyündə dolu dənələri düşüb.
Hadisə nəticəsində Tunarlı kəndindən olan evlərin damında deşiklərin əmələ gəldiyi bildirilir.
Dolu həmçinin kənddə olan meyvə bağlarına və əkinçilik sahələrinə də ciddi ziyan vurub.
Sakinlər məsələ ilə əlaqədar olaraq onların şikayəti ilə maraqlanan dövlət qurumlarının olmadığını bildirirlər.
OXŞAR XƏBƏRLƏR