Biləsuvar rayonunda iki avtomobil toqquşub, xəsarət alanlar var.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, hadisə ötən gün saat 21 radələrində rayonun Bəydili kəndi ərazisində qeydə alınıb.
Rayonun Xırmandalı kənd sakini, 1982-ci il təvəllüdlü Elməddin Şıxverdiyevin idarə etdiyi "Mercedes-Benz" markalı avtomobillə Bəydili kənd sakini, 1996-cı il təvəllüdlü Rəsul Mirəlinin idarə etdiyi QAZ-24 markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində müxtəlif xəsarətlər alan hər iki sürücü Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Faktla bağlı araşdırma aparılır.










































