Biləsuvarda iki qardaş güllələndi

Biləsuvarda iki qardaş güllələndi
Bütün Xəbərlər
13:28 09.10.2014
638
Biləsuvarda silahlı insident olub.Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb.

Kənd sakinləri Adış Novruzov və onun qardaşı Bayram odlu silahdan açılmış atəşdən aldıqları güllə yaraları ilə xəstəxanaya yerləşdiriliblər.

Hadisəni münaqişə zəminində törədən kənd sakini Fərhad İsmayılov könüllü olaraq polisə gələrək təslim olub. O, hadisəni törədərkən istifadə etdiyi “Tula” markalı ov tüfəngini də polisə təhvil verib.//APA

OXŞAR XƏBƏRLƏR