Biləsuvarda sürücü sükan arxasında dünyasını dəyişdi

Biləsuvarda sürücü sükan arxasında dünyasını dəyişdi
SOSİAL
09:27 28.07.2026
186
Biləsuvar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

AZXEBER.COM xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, 1960-cı il təvəllüdlü Əlizadə Əliyevin idarə etdiyi "Niva" markalı avtomobil hərəkətdə olarkən nəzarətdən çıxaraq su kollektoruna aşıb.

Məlumata görə, sürücünün sükan arxasında olarkən ürəktutması keçirməsi nəticəsində həyatını itirdiyi ehtimal edilir.

Baş vermiş hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR