Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var

Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
HADİSƏ
14:48 27.03.2025
307
Biləsuvar rayonunda iki minik avtomobili toqquşub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar şəhərinin mərkəzi hissəsində qeydə alınıb.

Hadisə zamanı iki "VAZ 2106” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində Biləsuvar rayon sakinləri Bəylər Şirinov, Asif Buludov, Elməddin Buludov və Fərman Buludov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR