İtkin düşmüş Biləsuvar rayon sakini tapılıb.
Yaxınlarının report-a verdiyi məlumata görə, rayonun Xırmandalı kənd sakini 19 yaşlı Zeynalzadə İlahə İqbal qızı bu gün evlərinə zəng edərək, Bakı şəhərində olduğunu bildirib.
O, bu il iyulun 25-də evdən çıxıb və geri qayıtmayıb.
İ.Zeynalzadə evdən çıxarkən yaşyarımlıq körpəsini və sənədlərini də aparıb.
Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsi də axtarış aparıb.
