Bilgəh qəsəbəsində dənizdə bir nəfərin batması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.
AZXEBER.COM xəbər verir ki, hadisə ən yaxın sularda xilasetmə məntəqəsindən 1 kilometr aralıda, nəzarətsiz ərazidə baş verib.
Məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunub.
Aparılan axtarışlar nəticəsində 2005-ci il təvəllüdlü Pirməmmədov Niyaz Vasif oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.










































