Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə batan gəncin meyiti tapılıb.
Bu barədə AZXEBER.COM-a Fövqalədə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, 10 avqust 2025-ci il tarixində FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub və nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən axtarışlara başlanılıb.
Dalğıc-xilasedicilər tərəfindən 2006-cı il təvəllüdlü Cavid İlqar oğlu Tapdıqovun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.