"Mediada bir həftədir gedən reklamlardan belə anlaşılır ki, Azərbaycan bazarına GMO üsullarla şişirdilmiş qurbağa əti (qurbağaların təbii razmeri var, təbiətdə olan iri versiyaları isə zəhərli növləridir) çıxarmaqla pul qazanmaq həvəsinə düşən iş adamları var".
AZXEBER.COM xəbər verir ki, bu sözləri Mətbuat Şurasnın İdarə Heyətinin üzvü, politoloq Yeganə Hacıyeva deyib.
Qida Təhlükəsizliyi, İstehlakçı hüquqlarının müdafiəsi, istehlak bazarına nəzarət və s. kimi məsələlərə cavabdeh qurumlardan bu mövzunu diqqətdə saxlamalarını xahiş edirəm. Xüsusi ilə İstehlakçı hüquqlarının müdafiəsi üzrə ixtisaslaşmış təsisatlar iaşə sektorunda bir təsnifatlanma aparmalıdırlar deyə düşünürəm.
Yeganə Hacıyeva qurbağa əti ilə bağlı monitorinq edilməsinin vacibliyi haqda da danışıb:
"Bu sahə üzrə itisaslaşmış sivil cəmiyyət institutları da bu işdə onlara yardımçı ola bilər, paralel təsnifatlanma üçün restoran və kafelərdə qurbağa ətinin (bu kimi diğər qidaların da həmçinin) istifadə olunması ilə bağlı monitorinq təşəbbüsləri edə bilərlər. Bilinsin ki, hansı restoranlar qurbağa əti istifadə olunur, hansında istifadə olunmur. Çünki şəxsən mən, qurbağa əti bişirilən restorana getmək istəmirəm, çünki bu ətin bişirildiyi tavalarda (hətta yuyulduqdan sonra belə) bişirilən yeməkləri yemək istəmirəm".