Bin Əlinin gizli kassasından nə çıxdı?

Bütün Xəbərlər
05:40 23.02.2011
1409

Tunis və Misirdə iqtidar dəyişikliyindən sonra devrilən prezidentlərin sərvəti ilə bağlı araşdırmalar başlayıb.

Misirin keçmiş prezidenti Hüsnü Mübarək və ailəsinin sərvətinin 70 milyard dollar civarında olduğu güman edilir. Ailə sərvətinin İngiltərə və İsveçrə banklarında olduğu, dünyanın dörd tərəfində əmlaklarının, mülklərinin olduğu bildirilir. Tunisdən qaçmağa məcbur olan Zeynəlabdin Bin Əlinin prezident iqamətgahındakı gizli kassasından isə dəstə-dəstə pullar və qiymətli zinət əşyaları tapılıb.

Gizli kassalardakı sərvətin dəyərinin milyonlarla avro ilə ölçüldüyü bildirilir. Tunis liderinin və ailəsinin sərvətinin ən azı 5 milyard avro olduğu təxmin edilir.

 

OXŞAR XƏBƏRLƏR