Misirin İsgəndəriyyə şəhərində 8-mərtəbəli yaşayış binasının uçması nəticəsində azı 14 nəfər ölüb. 7 nəfər dağıntılar altından çıxarılıb. Daha onlarla sakinin xilası üçün işlər görülür.Bina səhər saatlarında, sakinlərin yatdığı vaxt uçub. İlkin versiyaya görə, yaşayış binası qeyri-qanuni olaraq və tikinti qaydalarına riayət edilmədən inşa edilib.