"Binanı tikən şəxs FHN əməkdaşlarının həmin yerə necə daxil olacağını düşünməlidir" - Deputat

"Binanı tikən şəxs FHN əməkdaşlarının həmin yerə necə daxil olacağını düşünməlidir" - Deputat
SOSİAL
14:54 26.11.2025
234
Son günlər ölkə ərazisində yanğınların sayının artması diqqət çəkir. Lakin bu cür halların qarşısının alınması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində koordinasiyalı fəaliyyət müşahidə olunmur. Əksinə, bir çox hallarda məsul qurumlar problemi həll etmək əvəzinə məsuliyyəti öz üzərlərindən ataraq digər qurumların üzərinə yönəltməyə çalışırlar. Bu isə həm ictimai narazılığın artmasına, həm də real vəziyyətlə bağlı yanlış təsəvvürlərin yaranmasına səbəb olur.

Belə hadisələr yalnız maddi ziyanla məhdudlaşmır, eyni zamanda insanların ölümünə və xəsarət almasına da səbəb olur. Qurumlararası ziddiyyət və şəffaf məlumat çatışmazlığı, xüsusilə də fövqəladə hallar zamanı fake xəbərlərin yayılmasını daha da sürətləndirir. İctimaiyyət dəqiq və operativ məlumat almadıqda, sosial şəbəkələrdə müxtəlif versiyalar tirajlanır və bu, əlavə çaşqınlıq yaradır.

Bu cür hadisələr son zamanlarla məhdudlaşmır. Ötən illərdə də oxşar yanaşmaların şahidi olmuşuq. Məsələn, vaxtilə "Azadlıq” metro stansiyası yaxınlığında 16 mərtəbəli yaşayış binasında baş verən yanğın zamanı ilkin məlumatlarda ziddiyyət müşahidə olunmuş, hadisənin səbəbi və məsuliyyət daşıyan tərəf barədə qurumlar arasında açıqlama uyğunsuzluqları ortaya çıxmışdı.  

Milli Məclisin deputatı Fazil Mustafa AZXEBER.COM-a açıqlamasında bildirib ki, hər sahənin idarə olunmasında məsuliyyət hissi olmalıdır:

"Hər sahənin idarə olunmasında məsuliyyət motivasiyası olmalıdır. Hər kəs bilməlidir ki, gördüyü hər bir əmələ görə məsuliyyət daşıyır. Lakin bizdə məsuliyyət anlayışı bir qədər məhdud təsəvvür olunur.  Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları çox zaman böyük əziyyətlərlə üzləşirlər. Elə hallar olur ki, bina həyətlərinə belə daxil ola bilmirlər. Çünki biz heç bir işin sabahını düşünməmişik. Eyni zamanda hər hansı fəaliyyətin təhlükələrini əvvəlcədən planlaşdırmırıq. Nəticədə isə faciəvi hadisələr baş verir. Buna görə də müvafiq qurumlar nəzarəti gücləndirməlidir”. 

Deputat deyib ki, cəmiyyətdə məsuliyyət duyğusunun aşağı olması bütün sahələrə təsir göstərir:

"Hər bir insan, hansı sahədə işləməsindən asılı olmayaraq, özündən sonra gələn üçün təhlükə yaratmamalıdır. Məsələn, binanı tikən şəxs sabah orada yarana biləcək riskləri və FHN əməkdaşlarının həmin yerə necə daxil olacağını düşünməlidir. Amma çox vaxt insanlar vəziyyətdən çıxmaq və məsuliyyəti gizlətmək üçün üzərlərinə düşəndən daha az öhdəlik götürürlər. Bu kimi məsələləri cəmiyyət olaraq bir-birimizə daim xatırlatmalı və məsuliyyət mədəniyyətini formalaşdırmalıyıq”.
 
Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Faciəli şəkildə ölən hərbçimizin FOTOSU
15:01 03.03.2026
Faciəli şəkildə ölən hərbçimizin FOTOSU
Nazir Yevlaxda vətəndəş qəbulu və sıra baxışı keçirəcək
14:58 03.03.2026
Nazir Yevlaxda vətəndəş qəbulu və sıra baxışı keçirəcək
“Bu, həm Suriya, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi”
14:56 03.03.2026
“Bu, həm Suriya, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi”
Azərbaycanda uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilir - İlahiyyatçıdan açıqlama
14:55 03.03.2026
Azərbaycanda uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan edilir - İlahiyyatçıdan açıqlama
İran - ABŞ müharibəsi Azərbaycana necə təsir edə bilər? - Politoloqdan açıqlama
14:48 03.03.2026
İran - ABŞ müharibəsi Azərbaycana necə təsir edə bilər? - Politoloqdan açıqlama
Prezident: Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik
14:47 03.03.2026
Prezident: Biz Avropanın enerji bazarında mövcudluğumuzu genişləndirmək niyyətindəyik
Peskov: ABŞ və Ukrayna ilə Əbu-Dabidə danışıqların keçirilməsi çətinləşib
14:46 03.03.2026
Peskov: ABŞ və Ukrayna ilə Əbu-Dabidə danışıqların keçirilməsi çətinləşib
CNN Türk-ün jurnalistləri İsraildə saxlanıldı - Türkiyədən rəsmi açıqlama gəldi
14:45 03.03.2026
CNN Türk-ün jurnalistləri İsraildə saxlanıldı - Türkiyədən rəsmi açıqlama gəldi
Bu şəxslərin maaşı artırıldı - RƏSMİ
14:43 03.03.2026
Bu şəxslərin maaşı artırıldı - RƏSMİ
"Musiqimizi korlayan ifaçılar efirlərdə mədəniyyətimizi təbliğ edirlər" - Xalq artisti
14:41 03.03.2026
"Musiqimizi korlayan ifaçılar efirlərdə mədəniyyətimizi təbliğ edirlər" - Xalq artisti
“AniPay”in fəaliyyəti dayandırılır
14:41 03.03.2026
“AniPay”in fəaliyyəti dayandırılır
İran XİN: Nüvə müzakirələri ilə bağlı iddialar yalandır
14:37 03.03.2026
İran XİN: Nüvə müzakirələri ilə bağlı iddialar yalandır
Pakistan Prezidenti Taliban hökumətinə çağırış etdi: “Buna icazə verməyin”
14:28 03.03.2026
Pakistan Prezidenti Taliban hökumətinə çağırış etdi: “Buna icazə verməyin”
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
14:26 03.03.2026
Unibank 0 % komissiyalı kredit kampaniyası keçirir
Azərbaycanda tibb təhsili 5 ilə endiriləcək?
14:21 03.03.2026
Azərbaycanda tibb təhsili 5 ilə endiriləcək?
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu
14:17 03.03.2026
Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu