'Binə' Ticarət Mərkəzində qırğın düşdü - Sürücü 'Kamaz'ı satıcıların üstünə sürdü

Bütün Xəbərlər
11:22 22.09.2012
2338
Sürücü “Kamaz” maşınını satıcıların üstünə sürüb, iki nəfər, o cümlədən bir azyaşlı xəsarət alıb Bakıda fəaliyyət göstərən “Binə” Ticarət Mərkəzində insident baş verib. Bu barədə APA-ya hadisə şahidləri məlumat veriblər. Məlumata görə, ticarət mərkəzinin təmsilçiləri ilə bəzi satıcılar arasında qarşıdurma yaranıb. Qarşıdurmaya ticarət mərkəzinin təmsilçilərinin tapşırığı ilə sürücünün “Kamaz” markalı yük maşınını satıcıların üstünə sürməsi səbəb olub. Nəticədə iki nəfər xəsarət alıb. Yaralananlardan biri azyaşlı uşaqdır. Qaradağ rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Hazırda hadisə yerinə əməliyyat qrupu yollanıb. İnsidentin səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR