Binədə faciə: 100 nəfər yaralandı, ölənlər var - Cinayət işi açıldı

Binədə faciə: 100 nəfər yaralandı, ölənlər var - Cinayət işi açıldı
Bütün Xəbərlər
00:15 17.09.2012
3989
Respublika Baş Prokurorluğu Binə Ticarət Mərkəzində baş vermiş kütləvi zəhərlənmə faktına münasibət bildirib. Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında qeyd edib ki, baş vermiş hadisə ilə bağlı fakta görə, Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, hazırda zəruri istintaq tədbirləri davam etdirilir. Qeyd edək ki, bu gün Binə Ticarət Mərkəzində kütləvi zəhərlənmə faktı qeydə alınıb. Zəhərlənməyə ticarət mərkəzində quraşdırılmış generatorlar səbəb olub. Ticarət mərkəzində elektrik enerjisi kəsildiyi üçün generatorlar işə salınıb. Generatorlarda yaranmış nasazlıq insanların kütləvi zəhərlənməsi ilə nəticələnib. Hadisə nəticəsində 100-ə yaxın şəxs zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. *** Bu gün Binə Ticarət Mərkəzində baş vermiş kütləvi zəhərlənmə baş verib. Zəhərlənənlərin sayı 80 nəfərə çatıb. Bu barədə APA-ya Klinik Tibbi Mərkəzdən məlumat verilib. Məlumata görə, hazırda 65 nəfər Klinik Tibbi Mərkəzə yerləşdirilib, daha 15 nəfər isə paytaxtın digər xəstəxanalarına sövq edilib. Zəhərlənən şəxslərdən bir neçəsinin vəziyyəti ağır qiymətləndirilir. Hazırda hadisə yerində araşdırma aparan Qaradağ rayon prokurorluğunun müstəntiqi Akif Tağıyev APA-ya deyib ki, hadisə nəticəsində ölüm halı qeydə alınmayıb: “Çoxlu sayda zəhərlənən var, lakin ölüm faktı olması barədə məlumatlar həqiqətə uyğun deyil”. Müstəntiq deyib ki, hazırda faktla bağlı araşdırma aparılır: “Araşdırmanın sonunda fakta hüquqi qiymət veriləcək”.
OXŞAR XƏBƏRLƏR