Binəli Yıldırım: “Seçici fəallığı yüksəkdir, səs vermək üçün yarım saat gözlədim”

Binəli Yıldırım: “Seçici fəallığı yüksəkdir, səs vermək üçün yarım saat gözlədim”
SİYASƏT
16:01 14.05.2023
208
"Ölkəmizin sabitliyə, sakitliyə və təhlükəsizliyin qorunmasına ehtiyacı var”.

AZXEBER.COM xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım prezident və parlament seçkilərində iştirak etdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, vətəndaşlar seçki prosesinə böyük maraq göstərirlər: "Səs vermək üçün yarım saat gözlədim. Nəticənin ölkəmiz və xalqımız üçün xeyirli olacağından əminəm. Seçki prosesinə göstərdiyi diqqətə görə xalqımıza təşəkkür edirəm”.

B.Yıldırım söyləyib ki, Türkiyə seçki prosesi ilə bağlı kifayət qədər təcrübə qazanıb: "Əlbəttə, fərqli mövqelərimiz ola bilər. Amma bizi bir-birimizə bağlayan dəyərlərimiz, vətənimiz, xalqımız, bayrağımız, inancımız var. İnşallah, hər şey ölkəmiz üçün daha yaxşı olacaq”.

Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. Seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb. Bu gün ölkə daxilində 60 milyon 697 min 843 vətəndaş səs verəcək. Xaricdə yaşayan 3 milyon 416 min 98 seçicinin səsverməsi isə bir neçə gün əvvəl yekunlaşıb.

Prezident vəzifəsi uğrunda 3 namizəd mübarizə aparır: - "Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, "Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və "Ata İttifaqı”nın namizədi Sinan Oğan.

"Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.

"Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.

"Ata” İttifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaqı partiyaları daxildir.

Parlament seçkiləri üzrə 36 siyasi partiyanın namizədi qeydə alınıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mənsum İbrahimov qızıl medalla təltif olundu - FOTO
22:10 11.03.2025
Mənsum İbrahimov qızıl medalla təltif olundu - FOTO
Tanınmış cərrah vəfat etdi
22:06 11.03.2025
Tanınmış cərrah vəfat etdi
KİV: ABŞ-Ukrayna danışıqları başa çatıb
21:59 11.03.2025
KİV: ABŞ-Ukrayna danışıqları başa çatıb
Sertifikasiya imtahanında hansı müəllimlərin iştirak edə bilməyəcəyi açıqlanıb
21:47 11.03.2025
Sertifikasiya imtahanında hansı müəllimlərin iştirak edə bilməyəcəyi açıqlanıb
İftar vaxtı - 12 mart 2025: Ramazanın 12-ci günü
21:41 11.03.2025
İftar vaxtı - 12 mart 2025: Ramazanın 12-ci günü
Leyla və Arzu Əliyevalar İsmayıllıda - FOTOLAR
21:33 11.03.2025
Leyla və Arzu Əliyevalar İsmayıllıda - FOTOLAR
Xankəndi, Xocalı və Ağdərədə bayram tonqalları qalanıb - FOTOLAR
21:27 11.03.2025
Xankəndi, Xocalı və Ağdərədə bayram tonqalları qalanıb - FOTOLAR
131 nəfər hərbi qulluqçu yeni mənzillə təmin olunacaq
21:03 11.03.2025
131 nəfər hərbi qulluqçu yeni mənzillə təmin olunacaq
Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub
20:57 11.03.2025
Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub
Rəna Nəsirova yeni vəzifəyə təyin olundu
20:54 11.03.2025
Rəna Nəsirova yeni vəzifəyə təyin olundu
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
20:45 11.03.2025
Rəşad Nəbiyev İspaniyanın Ticarət məsələləri üzrə dövlət katibi ilə görüşüb
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
20:38 11.03.2025
Paşinyan QORXU İÇİNDƏ: “Güc dili ilə danışarsa, daha ağır məğlubiyyətlə üzləşə biləcəyini yaxşı anlayır”
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
20:30 11.03.2025
Zərərçəkmişlər Ruben Vardanyana ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
20:27 11.03.2025
“Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb”
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
20:14 11.03.2025
Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU
20:10 11.03.2025
Azərbaycanlıların böyrəyini satan ukraynalı qadın TUTULDU