Bakı Apellyasiya Məhkəməsində Binəqədi qəsəbə bələdiyyəsinin “Binəqədi Oil Company” şirkətinə qarşı apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.
AZXƏBƏR.COM -un məlumatına görə, məhkəmə şikayət üzrə qərarını açıqlayıb. Qərara görə, şikayət təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, şirkət bələdiyyə tərəfindən tikinti üçün vətəndaşlara verilən sərəncamların etibarsız hesab olunması barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin edib. Həmin qərardan narazı qalan bələdiyyə isə apellyasiya şikayəti verib.