Binəqədi rayonunda qaz olmayacaq

Binəqədi rayonunda qaz olmayacaq
Bütün Xəbərlər
10:55 15.04.2015
1246
“Azəriqaz” məlumat yayıb.
Bu gün Bakının Binəqədi rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AZXEBER.COM-a verilən məlumata görə, qaz xətlərinin yerinin dəyişdirilməsi və yeni çəkilmiş qaz xəttinin mövcud mənbəyə birləşdirilməsi ilə əlaqədar bu gün saat 10:00-dan işlər başa çatanadək Binəqədi rayonunun 6-cı, 7-ci, 8-ci və 9-cu mikrorayonlara, həmçinin Motodrom yaşayış massivinə, M. Rəsulzadə və Biləcəri qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq.
OXŞAR XƏBƏRLƏR