Binəqədi rayonunda qətl törətmiş şəxs tutuldu

Binəqədi rayonunda qətl törətmiş şəxs tutuldu
Bütün Xəbərlər
14:13 13.02.2012
1003
Fevralın 13-də saat 02:00 radələrində Binəqədi rayonu, Xocasən qəsəbəsi, Yeni Yol küçəsi 16 saylı ünvanda yerləşən ikimərtəbəli evin ikinci mərtəbəsində ailə üzvləri ilə birlikdə kirayədə yaşayan, 1979-cu il təvəllüdlü Babayev Müslüm Bəxtiyar oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı həmin evin birinci mərtəbəsində kirayədə yaşamış 1980-ci il təvəllüdlü Mikayılov Xosrov Dostalı oğluna mətbəx bıçağı ilə çoxsaylı xəsarətlər yetirməklə qəsdən öldürmüşdür. Azərbaycan Respublikasının Baş Prokurorluğunun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, mübahisə zamanı özü də xəsarət almış Müslüm Babayev xəstəxanaya müraciət etmiş və ona müvafiq tibbi yardım göstərilmişdir. Faktla bağlı Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq məhkəmə-tibbi, kompleks kriminalistik və bioloji ekspertizalar təyin edilmiş, digər zəruri istintaq hərəkətləri həyata keçirilmişdir. Rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Müslüm Babayev tutularaq istintaqa cəlb olunmuş və sonuncu ifadəsində törətdiyi cinayət əməlini etiraf etmişdir.
OXŞAR XƏBƏRLƏR