Binəqədi rayonunda “Son zəng” tədbirləri təşkil olundu - Foto

Binəqədi rayonunda “Son zəng” tədbirləri təşkil olundu - Foto
SOSİAL
19:48 14.06.2022
571
14 iyun 2022-ci il tarixində Binəqədi rayonunda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərində "Son zəng” tədbirləri təşkil olundu. 
 
AZXEBER.COM xəbər verir ki, rayonun 83 saylı məktəb-liseydə təşkil olunan tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Azərbaycan Respublikası təhsil nazirinin müavini Muxtar Məmmədov, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Leysan Məmmədov, Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Bakı şəhəri üzrə təhsil idarəsinin müdir müvini Xəyalə Əhmədzadə, 83 saylı məktəb - liseyinin direktoru Almaz Bayramova, məktəbin müəllim, şagird, valideyn kollektivi və şəhid ailələrinin üzvləri iştirak edirdilər. 

Tədbir vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və Dövlət Himninin səslənməsindən sonra açıq elan olundu. Tədbiri giriş nitqi ilə açan 83 saylı məktəb – liseyinin direktoru Almaz Bayramova 2021-2022-ci tədris ili ərzində məktəbin əldə etdiyi nailiyyətlərindən, şagirdlərin müvəffəqiyyətlərindən danışaraq, tədbirdə iştirak edən qonaqlara  təşəkkürünü bildirdi. 

 Tədbirdə çıxış edən Azərbaycan Respublikasının təhsil nazirinin müavini Muxtar Məmmədov təhsilə olan dövlət qayğısını xüsusi  vurğulayraq,  yeni məktəblərin istifadəyə verilməsinin yetişməkdə olan gənc nəslin təlim-tərbiyəsində mühüm rol oynadığını bildirdi. Nazir müavini təhsilin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğuladı və məktəblərin 2021-2022-ci tədris ilinin uğurlarından söhbət açaraq, "Son zəng” münasibətilə məzunları təbrik etdi. 

  Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev bu il "Son zəng”i çalınan məktəbliləri Qalib Dövlətin qalib övladları olaraq məzun olmaları münasibətilə ürəkdən təbrik edərək, bu zəngin onların ilk müstəqil addımlarının  və uğurlarının təməli olduğunuı,  onların ölkəmizə və vətənimizə layiqli vətəndaş olacaqlarına əmin olduğunu qeyd edərək, səslərinin uca zirvələrdən gəlməsini, çalınan  "Son zəng”in məktəbin son, məzunların uğurlarının isə ilk sədası olmasını diləyərək, onlara tələbə adı qazanmağı arzu etdi.   

Növbəti çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bu gün məzun olan şagirdlərin Azərbaycanın gələcəyi olduğunu, onların üzərinə düşən vəzifələrin öhdəsindən uğurla gələcəklərinə və etimadı doğruldacaqlarına inandığını bildirdi və gələcək həyatlarında onlara uğurlar arzu etdi.  

Tədbir  məzunların hazırladıqları musiqi parçaları, rəqs nömrələri və mədəniyyət işçilərinin gənclərə hədiyyə etdikləri yeni musiqi nümunələrinin nümayişi ilə davam etdi.
  

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
03:15 19.09.2026
Rusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
02:37 19.09.2026
Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
Nobel mükafatının məbləği artırıldı
01:29 19.09.2026
Nobel mükafatının məbləği artırıldı
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
01:03 19.09.2026
Qarabağda gündəm olan görüntünün hekayəsi: Hərbçimizlə erməni qadın arasında diqqətçəkən dialoq - Video
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
00:42 19.09.2026
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
00:38 19.09.2026
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
00:27 19.09.2026
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
00:21 19.09.2026
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
Bürclər bu günə nə deyir?
00:07 19.09.2026
Bürclər bu günə nə deyir?
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
23:49 18.09.2026
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
23:38 18.09.2026
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Qərarsız olan dörd bürc
23:29 18.09.2026
Qərarsız olan dörd bürc
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
23:12 18.09.2026
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
23:04 18.09.2026
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
Yardımlıda açıq ərazidə yanğın olub - Video
22:53 18.09.2026
Yardımlıda açıq ərazidə yanğın olub - Video
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
22:37 18.09.2026
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər