Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı

Həkim qəbuluna onlayn yazılmaq mümkün olan yeddi tibb müəssisəsi - Siyahı
SOSİAL
00:10 08.11.2026
47
Səhiyyə sahəsində vətəndaşların tibbi xidmətlərdən istifadəsini asanlaşdırmaq və tibb müəssisələrində yaranan uzun növbələrin qarşısını almaq məqsədilə yeni rəqəmsal sistem tətbiq ediləcək. İlin sonunadək bir sıra tibb müəssisələrində onlayn növbə sisteminin istifadəyə verilməsi nəzərdə tutulur.

AZXEBER.COM xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, onlayn növbə sisteminin tətbiq ediləcəyi tibb müəssisələri ehtiyaclara uyğun olaraq müəyyənləşdiriləcək. Mətbuatda sistemin tətbiq olunacağı tibb müəssisələri ilə bağlı yayılan siyahı isə həqiqəti əks etdirmir.

Qeyd olunub ki, artıq TƏBİB-in tabeliyində fəaliyyət göstərən yeddi tibb müəssisəsində onlayn növbə sistemi aktivləşdirilib. Vətəndaşlar həmin müəssisələrdə həkim qəbuluna yazılmaq üçün əvvəlcədən onlayn növbə götürə bilərlər.

Hazırda onlayn növbə sisteminin aktiv olduğu tibb müəssisələri aşağıdakılardır:

1. Yeni Klinika;

2. Kliniki Tibbi Mərkəz;

3. Mərkəzi Neftçilər Xəstəxanası;

4. Nizami Tibb Mərkəzi;

5. Xətai Tibb Mərkəzi;

6. Abşeron Rayon Mərkəzi Xəstəxanası;

7. Respublika Endokrinoloji Mərkəz.
OXŞAR XƏBƏRLƏR