Binəqədi şosesi ətrafında yaşayan əhali Bakı-Sumqayıt yolunu bağlayıb.
Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, sakinlərin yolu bağlamasına səbəb uzun müddətdir içməli suyun verilməməsidir.
Sakinlərin sözlərinə görə, onlara yeni xətlər çəkiləndən sonra suyun veriləcəyi deyilib. Lakin 1 aydır nə yeni xətt çəkilir, nə də su verilir.
Hadisə yerinə rəsmilərdən heç kim gəlməyib. (axar.az)