Binəqədidə idman zalından 5 min manatlıq saat oğurlanıb

Binəqədidə idman zalından 5 min manatlıq saat oğurlanıb
KRİMİNAL
18:57 14.07.2026
344
Binəqədi rayonunda idman zalından oğurluq edən şəxslər saxlanılıblar.

Binəqədi rayonunda yerləşən idman zallarından birinin paltardəyişmə otağından içərisində 1500 manat nağd pul, 5000 manat dəyərində qol saatı və bank kartları olan pul kisəsi oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 24 yaşlı M.Mustafayev və T.Orucov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.
 
///apa
OXŞAR XƏBƏRLƏR