Binəqədidə “Konstitusiya və Suverenlik İli: Təhsil və Gələcək Nəsillər” adlı təhsil konfransı keçirildi - FOTOLAR

Binəqədidə “Konstitusiya və Suverenlik İli: Təhsil və Gələcək Nəsillər” adlı təhsil konfransı keçirildi - FOTOLAR
SOSİAL
14:48 02.10.2025
141
01 oktyabr 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətndə "Konstitusiya və Suverenlik ili” çərçivəsində 2024-2025-ci ili əhatə edən tədris ili dövründə Binəqədi rayonunda fəaliyyət göstərən orta ümumtəhsil müəssisələrində təhsil ilinin yekunlarına və 5 Oktyabr - "Beynəlxalq Müəllim Günü”nə həsr olunmuş "Konstitusiya və Suverenlik İli: Təhsil və Gələcək Nəsillər” adlı təhsil konfransı keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, konfransda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri- Kəmaləddin Qafarov, Elşad Musayev, Səbinə Xasayeva,  Məlahət İbrahimqızı, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, Bələdiyyə sədrləri, dövlət və özəl orta ümumtəhsil məktəblərinin direktorları, müəllimlər, tələbələr, Qərbi Azərbaycan İcmasının Binəqədi rayonu üzrə nümayəndəliyinin üzvləri, rayon Ağsaqqallar Şurasının sədri, ictimai birliklər, rayon ictimaiyyəti iştirak etdilər.
 
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyev adına istirahət parkında ucaldılan abidəsini ziyarət etdilər, abidə önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediBlər.

Konfrans ümummilli lider Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən sonra açıq elan edildi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova rayonda 2024-2025-ci tədris ilinin yekunları və yeni tədris ilinə hazırlıqla bağlı görülmüş işlər barədə hesabat məruzəsi ilə çıxış etdi.

Təhsilin insan həyatındakı önəmindən söz açan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev tələbə adını qazanan bütün orta məktəb məzunlarını və təhsil işçilərini bu böyük uğur münasibətilə ürəkdən təbrik edərək  qeyd etdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hər zaman milli təhsilimizin və elmin inkişafına, gənclərimizin yüksək səviyyədə təhsil alması üçün xüsusi diqqət və həssaslıqla yanaşmışdır. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf yolu bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Təhsil sahəsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğı gələcək nəsillərin formalaşmasında mühüm rol oynayır. Bu gün təhsil müəssisələrimizdə əldə olunan nəticələr müəllimlərin fədakar əməyi və şagirdlərin səylərinin bəhrəsidir. Ölkəmizdə şəhid ailələrinə, onların övladlarının təhsilinə, gələcəyinə göstərilən diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Müasir dövrümüzdə  Azərbaycanda elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəni dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə bu günə qədər təhsil sahəsində həyata keçirilən önəmli proqram və layihələr dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir.

Növbəti çıxış edən millət vəkili Məlahət İbrahimqızı 5 Oktyabr-"Beynəlxalq Müəllimlər Günü” münasibətilə müəllimləri və tələbə adı qazanan gəncləri təbrik edərək qeyd etdi ki, təhsil sahəsində aparılan islahatlar, bu sahədə yeni qanunvericilik bazasının formalaşdırılması, yeni-yeni fərman və sərəncamların imzalanması ümumilikdə dövlətimizin və xalqımızın inkişafına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğı sayəsində  təhsil sisteminin müasir dövrün qlobal çağırışlarına uyğun şəkildə qurulması istiqamətində bütün zəruri addımlar atılır. Təhsil insanın potensialını ortaya qoymasına, gələcəyin savadlı, uğurlu kadrı kimi yetişməsinə kömək edir.

Daha sonra çıxış edən Dövlət İmtahan Mərkəzinin ali məktəblərə qəbulla bağlı keçirdiyi imtahanlarda II ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə respublikada ən yüksək nəticə 678 bal toplayan Bakı şəhər 83 saylı məktəb-liseyin məzunu, Azərbaycan Respublikasının İqtisadiyyat Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbinin I kurs tələbəsi Nilufər Zeynallı gənclər adından çıxış edərək, onlara yaradılan şəraitə, diqqət, qayğı və dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə  təşəkkürlərini bildirdi və ali təhsili uğurla başa vurub respublikamızın inkişafına öz töhfələrini verəcəklərini qeyd etdi.  

Yekun nitqi ilə çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov müəllimləri və gəncləri təbrik edərək bildirdi ki, "Təhsil millətin gələcəyidir” ifadəsini milli şüar səviyyəsinə yüksəldən ümummilli lider Heydər Əliyev respublikanın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu vurğulamış və rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmışdır. Həmin qayğı bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etməkdədir. Gənc nəslə hər zaman xüsusi diqqət göstərilir, onların ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında fəal iştirakı üçün geniş imkanlar yaradılır. "Hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır”, - deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təhsili ümumi inkişafın əsas istiqaməti kimi müəyyənləşdirib. 

Konfransın sonunda 2024-2025-ci tədris ili üzrə təhsil sahəsində əldə etdiyi yüksək nailiyyətlərə görə-ali məktəblərə qəbul imtahanı zamanı 650 baldan daha yuxarı nəticə göstərdiyinə görə, "Ümumi təhsili xüsusi nailiyyətlə başa vurduğuna görə” (qızıl medal nişanı ilə təltif olunanlar), "Respublika fənn olimpiadalarında və respublika fənn müsabiqələrində qazandığı yüksək nəticəyə görə”, "Sabahin Alimləri” respublika müsabiqəsində qazandiği yüksək nəticəyə görə”, Binəqədi rayonu üzrə 9-cu sinif buraxılış imtahanlarının ümumi nəticəsinə əsasən 1-ci, 2-ci  və 3-cü yeri tutduğuna görə məktəblərin direktorları, peşə təhsili sahəsində və məktəbəqədər təhsilin inkişafında səmərəli fəaliyyətinə görə təhsil işçiləri və uğur qazanmış gənclər Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı və hədiyyələr ilə təltif olundular.
 

 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyada bunu edənlər cərimələnəcək - 15 sutka
16:23 02.10.2025
Rusiyada bunu edənlər cərimələnəcək - 15 sutka
Tehran Universitetində partlayış olub, ölən var
16:15 02.10.2025
Tehran Universitetində partlayış olub, ölən var
İstanbulda 5 bal gücündə zəlzələ oldu
16:09 02.10.2025
İstanbulda 5 bal gücündə zəlzələ oldu
Prezident: Azərbaycan və Ermənistan artıq sülh şəraitində yaşamağa uyğunlaşıb
16:03 02.10.2025
Prezident: Azərbaycan və Ermənistan artıq sülh şəraitində yaşamağa uyğunlaşıb
İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb
16:00 02.10.2025
İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb
Rüfət Axundov saç əkdirib - FOTO
15:56 02.10.2025
Rüfət Axundov saç əkdirib - FOTO
Dünən azadlığa çıxan prodüser xəstəxanaya yerləşdirildi
15:39 02.10.2025
Dünən azadlığa çıxan prodüser xəstəxanaya yerləşdirildi
İlham Əliyev Kopenhagendə Aİ liderləri ilə görüşdü - FOTOLAR
15:34 02.10.2025
İlham Əliyev Kopenhagendə Aİ liderləri ilə görüşdü - FOTOLAR
İlham Əliyev Meloni ilə görüşdü - FOTOLAR
15:28 02.10.2025
İlham Əliyev Meloni ilə görüşdü - FOTOLAR
Jurnalist “Birlink” internet provayderindən şikayətçidir: “Pullarım hara yoxa çıxdı?”
15:24 02.10.2025
Jurnalist “Birlink” internet provayderindən şikayətçidir: “Pullarım hara yoxa çıxdı?”
İmişlidə deputata hörmətsizlik edildi: “Bu özümə yox, dövlətin ali orqanına hörmətsizlikdir”
15:20 02.10.2025
İmişlidə deputata hörmətsizlik edildi: “Bu özümə yox, dövlətin ali orqanına hörmətsizlikdir”
“Yeni Zelandiya” yağları və balıq kürüləri ilə bağlı - XƏBƏRDARLIQ
15:15 02.10.2025
“Yeni Zelandiya” yağları və balıq kürüləri ilə bağlı - XƏBƏRDARLIQ
Tokayev Durovla görüşdü
15:07 02.10.2025
Tokayev Durovla görüşdü
Azərbaycan–İtaliya Strateji Tərəfdaşlığı: Siyasi, iqtisadi və humanitar müddəalar
15:03 02.10.2025
Azərbaycan–İtaliya Strateji Tərəfdaşlığı: Siyasi, iqtisadi və humanitar müddəalar
Saxta medal paylayan QHT sədri ilə bağlı yeni fakt – Türkmənistan prezidentinə də medal veribmiş
14:49 02.10.2025
Saxta medal paylayan QHT sədri ilə bağlı yeni fakt – Türkmənistan prezidentinə də medal veribmiş
Binəqədidə “Konstitusiya və Suverenlik İli: Təhsil və Gələcək Nəsillər” adlı təhsil konfransı keçirildi - FOTOLAR
14:48 02.10.2025
Binəqədidə “Konstitusiya və Suverenlik İli: Təhsil və Gələcək Nəsillər” adlı təhsil konfransı keçirildi - FOTOLAR