Binəqədidə “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirildi - Fotolar

Binəqədidə “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirildi - Fotolar
SOSİAL
18:20 01.02.2022
600
31 yanvar 2022-ci il tarixdə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəziində Binəqədi Rayon İcra Hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Sənaye və innovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə "Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Binəqədi RİH başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri Sevinc Süleymanova, Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev, "Təmiz Şəhər” ASC-nin şöbə müdiri, AzTV-də yayımlanan EKOetika TV layihəsinin aparıcısı Orxan Cabbarlı, video blogger Nail Kəmərli, Sənaye və innovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Orxan Rəhimli və gənclər iştirak edirdilər.

Tədbiri giriş sözü ilə Sənaye və innovasiyalar üzrə BDPTM-nin direktor müavini Orxan Rəhimov açaraq iştirakçıları salamladıqdan sonra tədbir iştirakçılarını auditoriyaya təqdim edərək, tədbirin mövzusu ilə bağlı iştirakçılara məlumat verdi.

Tədbirdə çıxış edən Binəqədi RİH başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri Sevinc Süleymanova bildirdi ki: "Narkomaniya müasir dövrdə bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir. Narkomanlığa qarşı sərt mübarizə aparan ölkələrdən biri də Azərbaycandır. Ölkəmizdə bu istiqamətdə atılan qətiyyətli addımlar nəticəsində son illərdə mühüm uğurlar əldə olunmuşdur.

Xalqın israrlı tələbi ilə hakimiyyətə qayıtmaqla millətini böyük təhlükələrdən qoruyan ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkədə hərtərəfli islahatlar aparılmışdır. Ulu Öndər siyasətinin mərkəzində insan amili dayandığından vətəndaşların hüquqlarının təmin edilməsi, rifahının yaxşılaşdırılması və sağlamlığının qorunması əsas istiqamətlərdən olmuşdur. Bu isiqamətlər üzrə uğur əldə etmək üçün narkomaniya ilə mübarizənin vacibliyi ön plana çəkilmişdir. Bu səbəbdən dövlət orqanlarının və istimai birliklərin fəaliyyətini əlaqələndirmək məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır. Və bu

Komissiya ilə əməkdaşlıq sahəsində rayon ərazisində fəaliyyət göstərən orta, orta ixtisas, ali məktəblərdə əsrin bəlası olan narkomaniyasının mənfi fəsadları haqqında genişmiqyaslı maarifləndirici tədbirlər həyata keçirilir.

Bu mübarizədə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 saylı Sərəncamı ilə təsdiq olunmuş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın müvəffəqiyyətlə icra olunması bu sahədə uğurlu nəticələrin əldə edilməsində müstəsna əhəmiyyət kəsb etməkdədir.

Daha sonra çıxış edənlər - Raqif Allahverdiyev, Orxan Cabbarlı narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə danışıb, yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırdılar. Onlar problemin həllində əsas addımlardan birinin təbliğat və maarifləndirmə işini genişləndirmək olduğunu vurğulayaraq, narkotik maddələrin qəbul edilməsi ilə insanın fiziki, mənəvi və psixoloji cəhətdən məhv olduğunu, bildirdilər. Həmçinin bəşəriyyət üçün böyük bəla olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniaya qarşı aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu xüsusilə vurğuladılar. Tədbir çərçivəsində Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış tədbirə dair slaydlar nümayiş edildi.

Daha sonra çıxış edən video blogger Nail Kəmərli etdiyi çəkilişlər zamanı bu bəlaya düçar olmuş insanların acı taleyindən, ailələrinin dağılmasından, onların narkotiklərin təsindən ayrılıb normal həyata qayıtmaları üçün bəzən zamanın gec olmasından, iradələrinin çatmamasından söhbət açaraq gəncləri daha diqqətli və ehtiyatlı olmağa səslədi.

Tədbir təşkilatçılar tərəfindən gəncləri maraqlandıran sualları ətraflı cavablandırmaqla müzakirə formatında davam etdi.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Venesuelaya göndərilən axtarış-xilasetmə qruplarının sayını artıracaq
18:48 25.06.2026
ABŞ Venesuelaya göndərilən axtarış-xilasetmə qruplarının sayını artıracaq
Aİ Ukraynaya 3,2 milyard avro məbləğində ilk tranşı köçürüb
18:37 25.06.2026
Aİ Ukraynaya 3,2 milyard avro məbləğində ilk tranşı köçürüb
Rusiya ordusu son sutkada Ukraynaya məxsus 762 dronu vurub
18:21 25.06.2026
Rusiya ordusu son sutkada Ukraynaya məxsus 762 dronu vurub
Aşura günü 1200 litrdən çox qan yığıldı
18:10 25.06.2026
Aşura günü 1200 litrdən çox qan yığıldı
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
17:47 25.06.2026
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
17:37 25.06.2026
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
17:16 25.06.2026
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
Ölümündən sonra təltif edilən polkovniklər...
17:11 25.06.2026
Ölümündən sonra təltif edilən polkovniklər...
General rütbəsi verilən zabitlər kimdir? - Foto
17:09 25.06.2026
General rütbəsi verilən zabitlər kimdir? - Foto
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
17:07 25.06.2026
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY