Binəqədidə “Odlar Diyarının Zəfər Bayrağı” adlı tədbir keçirildi - Fotolar

Binəqədidə “Odlar Diyarının Zəfər Bayrağı” adlı tədbir keçirildi - Fotolar
SOSİAL
17:46 05.11.2021
484

Noyabrın 4-də Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilən 8 Noyabr- Zəfər Gününə həsr olunmuş "Odlar Diyarının Zəfər Bayrağı” adlı tədbir keçirilib.

AZXEBER.COM xəbər verir ki, tədbirdə Vətən müharibəsi şəhidlərimizin ailələri və qazilər, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri - Madər Musayev, Kəmallədin Qafarov, Səbinə Xasayeva və Sadiq Qurbanov, Bakı Şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Binəqədi RİH başçısının müavini Sevinc Süleymanova,  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəis müavini Hüseyn Əsgərov, RİH başçısı Aparatının məsul əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının Qəsəbə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, "Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru səlahiyyətlərini müvəqqəti əvəz edən Zeynal Rəşidli, bələdiyyə sədrləri, orta ümumtəhsil müəssisələrinin, məktəbəqədər təhsil müəssisələrinin və mədəniyyət müəssisələrinin direktorları, ictimai birliklərin rəhbərləri və rayon ictimaiyyəti iştirak ediblər.

Tədbir əvvəlcə Dövlət Himni səsləndikdən sonra Vətən torpağı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilərək açıq elan edilib.

 

Rəsmi hissədən öncə qonaqlar 44 günlük Vətən müharibəsində baş verən hadisələrin və 1 il ərzində Binəqədi rayonunda şəhidlərin xatirəsinin əbədiləşdirilməsinin tanıtımına həsr olunmuş "Zəfər yolu” adlı video çarxı izləyib.

Giriş nitqi ilə çıxış edən Binəqədi RİH başçısı Elxan Allahverdiyev Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun əldə etdiyi Şanlı Qələbə - 8 Noyabr – Zəfər Günü münasibətilə hər kəsi təbrik edərək Vətən uğrunda canından keçərək ən uca zirvə- şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızı ehtiramla yad etdiyini, qazilərimizə isə can sağlığı arzuladığını ifadə edib. 

Daha sonra çıxış edən Vətən müharibəsi Şəhidi Bəhmənli Manafın anası Suray xanım və Vətən müharibəsi şəhidi Zeynalov Teymurun atası Tağı bəy çıxış edərək övladlarının yoxluğu ilə əziyyət çəkdiklərini ifadə etsələr də, övladları ilə fəxr etdiklərini, xatirəsinə göstərilən hörmət və ehtiramdan böyük məmnunluq hissi keçirdiklərini bildiriblər.

Sonda şəhid ailələri və qazilərlə xatirə şəkli çəkildikdən sonra qonaqlar və rayon ictimaiyyəti ilə birgə hər kəs açıq havada 8 Noyabr- Zəfər Gününə həsr edilmiş atəşfəşanlığı izləyiblər.

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran Atom Enerjisi Təşkilatı sədrinin sabiq müavini İsrailin hücumunda öldüyü təsdiqlənib
12:11 13.06.2025
İran Atom Enerjisi Təşkilatı sədrinin sabiq müavini İsrailin hücumunda öldüyü təsdiqlənib
Paytaxt məktəbliləri olimpiadalarda 89 medal qazanıb
11:53 13.06.2025
Paytaxt məktəbliləri olimpiadalarda 89 medal qazanıb
XİN İrandakı Azərbaycan vətəndaşlarına müraciət etdi
11:50 13.06.2025
XİN İrandakı Azərbaycan vətəndaşlarına müraciət etdi
Hindistanda təyyarə qəzasında həyatını itirənlərin ailələrinə təzminat ödəniləcək
11:47 13.06.2025
Hindistanda təyyarə qəzasında həyatını itirənlərin ailələrinə təzminat ödəniləcək
Qanunsuz aborta görə cəzalar sərtləşdirilir
11:44 13.06.2025
Qanunsuz aborta görə cəzalar sərtləşdirilir
İsrail səfərbərlik elan etdi
11:40 13.06.2025
İsrail səfərbərlik elan etdi
Azərbaycan XİN: İsrailin İranda keçirdiyi hərbi əməliyyatlardan ciddi şəkildə narahatıq
11:39 13.06.2025
Azərbaycan XİN: İsrailin İranda keçirdiyi hərbi əməliyyatlardan ciddi şəkildə narahatıq
Milli Məclis Prezident və birinci xanımı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi
11:38 13.06.2025
Milli Məclis Prezident və birinci xanımı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi
AccessBank-dan mikro və aqro sahibkarlara yay fürsəti – kredit faizlərinə 3%-dək ENDİRİM!
11:36 13.06.2025
AccessBank-dan mikro və aqro sahibkarlara yay fürsəti – kredit faizlərinə 3%-dək ENDİRİM!
DİN “Son Zəng”lə bağlı valideynlərə və məzunlara MÜRACİƏT ETDİ
11:20 13.06.2025
DİN “Son Zəng”lə bağlı valideynlərə və məzunlara MÜRACİƏT ETDİ
Kəmalə Günəşli toyda ev sahibinə belə hücum edib - ANBAAN VİDEO
11:19 13.06.2025
Kəmalə Günəşli toyda ev sahibinə belə hücum edib - ANBAAN VİDEO
İordaniya öz hava məkanında bir neçə raket və PUA-nı vurub
11:12 13.06.2025
İordaniya öz hava məkanında bir neçə raket və PUA-nı vurub
Türkiyəli aktyor faciəvi şəkildə vəfat etdi
11:07 13.06.2025
Türkiyəli aktyor faciəvi şəkildə vəfat etdi
Bakı-Qəbələ dəmir yolu marşrutu üzrə hər iki istiqamətə əlavə reyslər təyin edilib
10:58 13.06.2025
Bakı-Qəbələ dəmir yolu marşrutu üzrə hər iki istiqamətə əlavə reyslər təyin edilib
Birbank-da “Birinci” tarifinə qoşul, bonuslar qazan!
10:39 13.06.2025
Birbank-da “Birinci” tarifinə qoşul, bonuslar qazan!
İran ABŞ ilə nüvə danışıqlarını davam etdirməkdən imtina edib
10:22 13.06.2025
İran ABŞ ilə nüvə danışıqlarını davam etdirməkdən imtina edib