Pensiya və minimum əməkhaqqı artır - VİDEO

Pensiya və minimum əməkhaqqı artır - VİDEO
İQTİSADİYYAT
10:30 19.09.2026
93
2027-ci ildə pensiyalar indeksləşdirilərək artırılacaq, minimum əməkhaqqı yüksələcək. Sosial istiqamətə ayrılacaq vəsaitin isə təxminən 17 milyard manatdan çox olacağı proqnozlaşdırılır.

"Bakupost" xəbər verir ki, 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair büdcə xərclərinin prioritet istiqamətləri təqdim olunub. 2027-ci ildə dövlət büdcəsindən 42.4 milyard manat vəsaitin xərclənməsi nəzərdə tutulur.

Milli Məclisin İqtisadi, siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov bildirib ki, 2027-ci ilin dövlət büdcəsinin xərcləri 2026-cı ilin büdcənin proqnoz xərcləri ilə müqayisədə 700 milyon manat çoxdur.

Millət vəkili qeyd edib ki, 2027-ci ilin yanvarından etibarən indeksləşdirilmiş pensiya məbləğlərinin hesablanması həyata keçiriləcək.

Deputatın sözlərinə görə, dövlət büdcəsi xərclərinin təxminən 42 faizi iqtisadi fəaliyyət, müdafiə və milli təhlükəsizlik sahələrinə yönəldiləcək. Bildirilib ki, gələn il iqtisadi fəaliyyət üzrə xərclərin 8 milyard 891 milyon manat olacağı gözlənilir. Bu rəqəm dövlət büdcəsinin xərclərinin 21 faizinə bərabərdir. Müdafiə və milli təhlükəsizlik istiqaməti üzrə isə 8 milyard 816,4 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Xezerxeber.az-ın sujetini təqdim edirik:

OXŞAR XƏBƏRLƏR