Binəqədidə şəhidlərinin xatirəsinə “Memorial Abidə Kompleksi” ucaldıldı - FOTOLAR

Binəqədidə şəhidlərinin xatirəsinə “Memorial Abidə Kompleksi” ucaldıldı - FOTOLAR
SOSİAL
11:36 20.03.2021
503
Binəqədi rayonunda Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirələrinin əbədiləşdirilməsi məqsədilə Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış kompleksin yerləşdiyi parkda yenidən qurma və bərpa işləri aparılıb.
 
Belə ki, torpaqlarımızın azadlığı və müstəqilliyi, bütövlüyü uğrundan öz canlarından keçən Binəqədi şəhidlərinin xatirəsinə "Memorial Abidə Kompleksi” ucaldılıb.
 
Tədbirdə karantin qaydalarına uyğun olaraq Rayon İcra Hakimiyyəti başçısının müavinləri Vüsar İsmayılov, Sevinc Süleymanova, RİH başçısı aparatının İctimai siyasi və Humanitar məsəslələr şöbəsinin müdiri Nicat Allahverdiyev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Qəsəbə Ərazi İnzibati Dairəsinin nümayəndələri, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, "Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Ələkbər Mustafayev, şəhid ailələrinin üzvləri və rayon ictimaiyyəti iştirak etmişlər.
 
Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov giriş nitqi ilə açılış edərək qeyd etdi ki, Şəhidlik uca bir zirvə olmaqla yanaşı, həm də bir məktəbdir.
 
Elə bir məktəb ki, biz o məktəbdən igidliyi, mərdliyi, cəsurluğu, Vətən uğrunda candan keçməyin nə olduğunu öyrənirik. Hər dəfə şəhid məzarlarını ziyarət edərkən bu Zirvənin əlçatmaz olduğu qədər də qürurverici bir məqam olduğunu dərk edirik. Həyatda ən böyük xoşbəxtlik  də elə Vətən yolunda şəhid olmaqdır. Vüsar İsmayılov  hər bir insana da şəhid olmaq, o əlçatmaz zirvəyə  ucalmaq nəsib olmadığını diqqətə çatdırıraq, bu gün bizim qürur mənbəyimizə çevrilən şəhidlərimizlə bütövlükdə Azərbaycan xalqının fəxr etdiyini dedi.  Bu gün hər bir ölkə vətəndaşı  "Bu Vətən bizimdir!” deyib canını Azərbaycanımızın ərazi bütövlüyü naminə qurban verən  igid və mərd oğullarını yaxından tanımalı, onların əziz xatirələrini həmişə yad etməlidir. Şəhidlərimiz hər zaman bizim qəlbimizdədir, onlar ürəklərdə yaşayıb, yaşayır və yaşayacaq! Natiq çıxışının sonunda "Şəhidlər bizim ən ali qürur mənbəyimizdir” söyləyib.

Daha sonra Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları "Novruz bayramı” ərəfəsində rayon ərazisində yerləşən  Vətən Müharibəsi Şəhidlərinin Xiyaban komplekslərində dəfn olunmuş şəhidlərimizin məzarlarını ziyarət ediblər.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb