Binəqədidə üstündə qumbara gəzdirən maştağalı tutuldu

Binəqədidə üstündə qumbara gəzdirən maştağalı tutuldu
Bütün Xəbərlər
14:21 18.09.2015
1409
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi rayonu ərazisində Maştağa qəsəbəsinin sakini Elmar Dadaşov tutulub.
AZXEBER.COM Daxili İşlər Nazirliyinin saytına istinadən bildirir ki, ondan 2 ədəd “F-1” qumbarası və 2 ədəd “UZQRM” tipli alışdırıcı götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR